Həkimlər millimizin üzvünü ağır qan virusuna yoluxdurdu

15.03.2016 | 3707 dəfə oxunub

Ayşən Abduləzimova  voleybol üzrə Azərbaycan yığmasının əsas simalarından biridir. Son günlər ortalıqda görünməməsi xeyli diqqət çəkirdi.

Stadium.az xəbər verir ki, Azərbaycanda həkim müayinəsindən keçən xanım idmançının qanına Bakıdakı  xəstəxanalardan birində həyat üçün təhlikəli virus yoluxdurulub. Hələlik xəstəxananın adını açıqlamayan Ayşən Abduləzimova bildirib ki, indilik bu haqqda danışmaq istəmir:  “Mənim indiki durumda olmağım azərbaycanlı həkimlərin səhlənkarlığının nəticəsidir. Mən adi bir problemi həll eləmək, müalicə etdirmək üçün ölkədən çıxmaq istəmədim, amma Azərbaycanın həkimləri mənə daha böyük səhhət problemi yatdılar. Çiynimdə yüngül zədə vardı. Onu aradan qaldırmaq üçün qısamüddətli müalicə kursu keçməli idim. Çiynimdəki problemi həll edə bilmədikləri bir yana, üstəlik qanıma ağır virus  saldılar. Həkimlərin  diqqətsizliyi üzündən  Bakıda olduğum müddətdə qolum tam hərəkətsiz qaldı. Barmaqlarımı belə tərpədə bilmədim. Vəziyyətim çox ağırlaşdı. Məni bu vəziyyətdə boş yerə üç həftə Azərbaycanda  saxladılar. Sonradan öyrəndim ki, əslində qalmamalıyam. Üstəgəl müalicəm də düzgün aparılmır. Ölkədə boşu-boşuna saxlanmağım vəziyyətimi hədsiz  ağırlaşdırıb. Müainə üçün Türkiyəyə gəldim. Həkimlər dedilər ki, müalicə mərhələsinə yubandığıma görə çiynimdə ağır açıq əməliyyat aparılmalıdır. Əməliyyat uğurla keçsə də azərbaycanlı həkimlərin yaratdığı daha problemim çözülməmiş qalırdı. Qanıma yoluxan virusun yuyulması üçün isə uzunmüddətli müalicə kursu keçməliyəm”. Virusunun yuylması üçün müalicə kursuna başlanıb. Bu çətin olduğu qədər də ağır müalicə mərhələsi idi deyə idmançı bildirib. İndiyə qədər çox böyük məbləğdə vəasit sərf olunduğunu söyləyən müsahibimiz gündə səkkiz dəfə sistem altında yatmalı olduğunu deyib. “İlk mərhələdə sağalacağıma ümidimizi tam itirmişdik, amma indi deyəsən yavaş-yavaş normala dönürəm. Ümid edirəm ki, müalicələrimi bitirib yenidən idmana qayıda biləcəyəm”. (Bizimyol)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail