Azərbaycanlı güləşçiyə ağır cəza verildi

17.03.2016 | 3191 dəfə oxunub

Azərbaycanın gənc sərbəst güləşçisi Turxan Qurbanov 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Stadium.Az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.

Qərara 20 yaşlı pəhləvanın 2015-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində 96 kq çəki dərəcəsində 5-ci yeri tutduğu gənclər arasında Avropa çempionatında dopinq-testdən imtinası səbəb olub. 

Xəbəri Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə də təsdiqləyib. O bildirib ki, hazırda cəzanın yüngülləşdirilməsi istiqamətində danışıqlar aparılır.

Güləşçinin atası Sənani Qurbanov isə hadisənin anlaşılmazlıq üzündən baş verdiyini açıqlayıb: "Avropa çempionatında oğlum 5 görüş keçirib. Həm yarımfinal, həm də bürünc medal uğrunda görüşdə uduzduqdan sonra türkiyəli dopinq zabitləri ona yaxınlaşaraq, dopinq-testə dəvət ediblər. Turxan isə xeyli tər axıtdığını və yorğun olduğunu deyib və dopinq-testin ertəsi gün götürülməsini xahiş edib. Razılaşıblar ki, yoxlama səhəri günə təxirə salınsın. Lakin vəd olunduğu vaxt oğluma bildiriblər ki, sən dopinq-testdən imtina etmisən və buna görə iş aktlaşdırılıb. Bir ay sonra isə ona 4 illik cəza gəlib".

S.Qurbanovun sözlərinə görə, oğlu gənclər millisinin heyətində yuxarı çəki dərəcələrində yer alanlar arasında yeganə azərbaycanlı güləşçidir və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etməyə əsas namizədlərdən sayılır. Bu səbəbdən, o, T.Qurbanovun cəzasına yenidən baxılması üçün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Güləş Federasiyasının dəstəyinə ümid edir.

Qeyd edək ki, Turxan Qurbanov ölkədaxili və beynəlxalq turnirlərdəki nailiyyətləri ilə yanaşı, 2014-cü il dünya çempionatının bürünc mükafatçısı olub. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail