Eddi İsrafilov: "Bu qərarı mən verməmişəm"

17.03.2016 | 3889 dəfə oxunub

Milli komandamızın üzvü Eddi İsrafilov Azərbaycan seçməsinin Antalyada təlim-məşq toplanışına qatılmayacaq. Stadium.Az xəbər verir ki, İspaniyanın I liqasında mübarizə aparan “Kordoba”da çıxış edən Eddi komandasının vacib oyunlarına görə bundan imtina edib:

“Artıq klubumda müntəzəm çıxış edirəm. Bu,  formaya düşməyimə kömək edir.
Millidən kənarda qaldığıma görə məyusam. Ancaq bu qərarı mən verməmişəm. Baş məşqçilər belə qərar verdi. Klubuma görə bunu etməli idim.  Bu kimi hallar hər zaman baş vermir. Azərbaycan millisində oyamağa həmişə hazıram.

Hazırda ikinci pillədəki komanda ilə aramızda cəmi 3 xal fərqi var. Vəziyyətimiz yaxşıdır. Növbəti turda “Numansiya”ya qalib gəlməliyik. Öz meydanımızda isə “Alaves”lə qarşılaşacağıq. Bundan sonrakı oyunlar bizim üçün həlledicidir. La Liqaya vəsiqə qazanmaq istəyiriksə, bundan sonra daha diqqətli olmalıyıq. “Alaves”lə görüş bizim üçün final oyunu kimi olacaq”.

“Kordoba” hazırda 46 xalla 5-ci pillədə qərarlaşıb.

24 yaşlı yarımmüdafiəçi millimizin martın 21-27-də Antalyada keçiriləcək təlim-məşq toplanışına  qatılmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail