“Baku Fires” klubu martın 19-da növbəti görüşünə çıxacaq

19.03.2016 | 2955 dəfə oxunub

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu martın 19-da növbəti görüşünə çıxacaq.

Stadium.az xəbər verir ki, Azərbaycan komandası Daşkənddə “Uzbek Tigers”in qonağı olacaq. Özbəkistan komandası 10 xalla D qrupunun lideridir. “Baku Fires” ötən tur Bakıda “Astana Arlans”a məğlub olduqdan sonra qrupda 3-cü yeri tutur.

Komandaların heyəti

49 kq: Nodirjon Mirzaaxmedov - Rəsul Saliyev

56 kq: Abdulxay Şaraxmetov - Yaraş Məhəmmədov

64 kq: Fazliddin Meliboyev – Zaur Abdullayev

75 kq: Uluqbek Haqberdiyev – Levani Luxutaşvili

91 kq: Serdorbek Beqaliyev – Hacı Murtuzəliyev

Bu dəfə komandanın baş məşqçisi Nuripaşa Talibov Özbəkistana demək olar ki, ikinci heyəti aparıb. 56 kq çəki dərəcəsində bir nömrə Məhəmməd Qurbanov müalicə olunduğundan, Daşkənddə Məhəmmədov rinqə çıxacaq. 64 kq çəki dərəcəsində isə Heybətulla Hacəliyev zədəli olduğu üçün onu gənc Zaur Abdullayev əvəzləyib. Gürcüstan boksçusu Levani Luxutaşvili komandanın heyətində debüt edəcək.

“Uzbek Tigers”in heyətində isə yetərincə güclü boksçular çıxış edəcək. Yaraş Məhəmmədovun rəqibi Şaraxmetov ötən il Mahaçqalada keçirilən Umaxanov turnirinin qalibi olub. 91 kq çəki dərəcəsində mübarizə aparan Beqaliyev də “Uzbek Tigers”in ən təcrübəli boksçularındandır. O, hələ 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin ilk Olimpiya Oyunlarında bürünc medala layiq görülüb. report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail