Lord ləqəbli döyüşçümüz dünya çempionu oldu

28.03.2016 | 3351 dəfə oxunub

Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanov Hollandiyalı idmançı Mervin Rozendtruik üzərində inamlı qələbə qazanaraq Dünya Çempionu olub.

Stadium.Az xəbər verir ki, Bununla da idmançı Dünya kəmərinə sahiblənib. Bu barədə danışan idmançı ona indiyə qədər dəstək olan dostlara öz təşəkkürünü çatdırdı.

“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev,Oqtay Mehdiyevə,mənimlə birlikdə illərdi əziyyət çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, Vüsal Ələsgərova, Zeynal Usubova, Almaniyada yaşayan soydaşlarımız Aysu Askərə, Samir, Ramal,Rövşən və s. adını çəkə bilmədiyim bütün dostlara təşəkkürümü çatdırıram. Çox sevinirəm ki,Dünya Kəmərini Azərbaycana gətirirəm.”

Yarışı canlı izləyən AKF prezidenti, millət vəkili Adil Əliyev Ramalın qələbəsini böyük uğur adlandırdı.
“Ramal bizim federasiyasının perspektivləri idmançılarındandır. Hələ onu qarşıda daha böyük uğurlar və qələbələr gözləyir. Bu gün belə idmançıların beynəlxalq yarışlarda inamlı qələbələr qazanması ölkə idmançı üçün böyük nailiyyətdir. Ramalı təbrik edirəm”.
İdmançının müəllimi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi,əməkdar məşqçi Hakim Hacıyev bu cur qələbələrin Azərbaycana gənc kikboksçulara böyük mənəvi stimul verdiyini söylədi:
“Ramal öz üzərində çalışan idmançıdır. Onun uğurları bir müəllimi kimi məni sevindirir. Necə zaman idi ki,Ramal yarışa ciddi hazırlaşırdı və şükürlər olsun nəticə istədiyimiz kimi oldu. Ramala gələcək yarışlarda uğurlar arzulayıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail