Böyükağa Hacıyev: "Prosineçkinin üzü ətdəndir də, "podoş"dan deyil ki... "

29.03.2016 | 3046 dəfə oxunub

"Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev yenə şok açıqlaması ilə diqqət mərkəzinə düşüb. Stadium.Az xəbər vevrir ki, 

AFFA-nın Məşçqilər Komitəsinin üzvü olan 58 yaşlı mütəxəssis "Xəzər TV”də yayımlanan "Futbol saatı” proqramının növbəti dəfə qonağı olub.

Verilişin əsas müzakirə mövzusu Azərbaycan milli komandasının ötən şənbə Qazaxıstan yığmasına Antalyada 0:1 hesabı ilə uduzduğu yoldaşlıq görüşü olub. Hacıyev qış fasiəsindən sonra "Qəbələ”yə keçsə də, hələ də debüt etməyən Pavel Paşayevi hədəfə alıb. O, millidə də turist rolunda olan müdafiəçini baş məşqçi Robert Prosineçkinin çağırmasına belə reaksiya göstərib: "Paşayevi yığmaya çağırıblarsa, görünür, hansısa səbəbi var. Bir az dərindən araşdırın. Ola bilər ki, səbəbini tapasınız. Bu gün Pavel klubunda oynamadığı halda, milliyə çağırılırsa, ola bilər ki, dayısı çox güclüdür. Bunun da üzü ətdəndir də, "podoş"dan deyil ki... Ola bilər, elə bir adam xahiş edir ki, keçə bilmir. Açıq söhbət! Daha nə eşitmək istəyirsiniz?”

Pavel Paşayev millidə debütünü ötən ilin noyabrında Azərbaycanın Bakıda Moldova yığmasına 2:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə start heyətində meydana çıxmaqla edib. Ancaq Prosineçki Paşayevi Qazaxıstanla oyunda ehtiyatda saxlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail