10 boksçumuz "Rio-2016"ya lisenziya xarakterli turnirdə

06.04.2016 | 2832 dəfə oxunub

Aprelin 9-da Türkiyənin Samsun şəhərində start götürəcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Yekun Təsnifat Turniri üçün Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Stadium.Az xəbər verir ki, turnirdə 7 kişi və 3 qadın boksçunun iştirak edəcəyini bildirib.

N.Məmmədov kişilərdən Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Lorenzo Sotomayor (64 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Əbdülqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) lisenziya uğrunda mübarizə aparacağını deyib: "Hər bir idmançımızdan lisenziya gözləyirəm. Düşünürəm ki, ən azı üç lisenziya olacaq, bu, dörd də ola bilər. Düzü, hamısına güvənirəm. Ancaq bu, elə yarışdır ki, bir də görürsən lisenziya gözlədiyin idmançı uğursuz çıxış edir. Bütün boksçularımızın lisenziya alacağına ümid edirəm".

Qadın boksçulardan isə Anaxanım Ağayeva (51 kq), Yana Alekseyevna (60 kq) və Yelena Vistropova (75 kq) yarışacaq. Komanda bu axşam Samsuna yola düşəcək.

Artıq kişilərin yarışında 52 kq, 60 kq və 69 kq çəkilərdə lisenziya qazanıldığından, Azərbaycan boksçuları Türkiyədəki yarışda bu çəkilərdə çıxış etməyəcək.

Qeyd edək ki, reqlamentə əsasən, Avropa təsnifat yarışlarında hər çəki dərəcəsində ilk üç yerin sahiblərinə lisenziya verilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail