Milli komandaya yeni baş məşqçi təyin olunub

07.04.2016 | 2871 dəfə oxunub

Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub. Stadium.Az xəbər verir ki, bu, ukraynalı Avropa və dünya çempionu Dmitri Sablindir. 

37 yaşlı mütəxəssis yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı qarşıdakı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.

Qeyd edək ki, Dmitri Sablin 7 fevral 1979-cu ildə Ukraynanın Kremençuk şəhərində anadan olub. O, kanoeçi kimi 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində Ukrayna yığmasını təmsil edib. Karyerası ərzində 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında iştirak etmiş D.Sablin 2001-ci ildə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə dünya və Avropa çempionu olub. Onun aktivində dünya (2003) və Avropa çempionatlarının (1999, 2000, 2006) bürünc medalı da var.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail