"Azərbaycandakı Avropa çempionatında çıxış etmək mənim ən böyük idman arzularımdan biridir"

07.04.2016 | 3240 dəfə oxunub

Azərbaycanın U-16 yığmasının sabiq hücumçusu, hazırda Almaniyanın U-17 yığmasının şərəfini qoruyan Renat Dadaşov özü barədə danışıb, eləcə də Bakıda keçiriləcək AÇ-2016-dakı hədəflərindən söz açıb. Stadium.Az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

"Azərbaycandakı Avropa çempionatında çıxış etmək mənim ən böyük idman arzularımdan biridir. Babamla nənəm artıq Almaniya yığmasının şərfini alıblar. Onlar mənim yığma komandada necə oynamağımı görmək istəyirlər".

Dadaşov Almaniya U-17 yığmasında keçirdiyi 10 matçda 10 qol vurub. Öz güclü cəhətlərindən danışarkən Renat bunları söyləyib: "Rəqib qapısı önündə təhlükə yaratmaq mənim ən güclü cəhətim sayıla bilər. Bu, mənim genimdə var. Anam vaxtilə həndbolçu olub, atam isə su polosu ilə məşğul olub. Valideynlərim mənim üçün dünyada ən önəmli şəxslərdir. Onlar hər istirahət günü təxminən 400 km qət edərək mənim oyunuma baxmağa gəlirlər. Bu, mənim üçün böyük stimuldur. Gələcəkdə onların qürur mənbəyi olmaq istəyirəm".

Renat "Leypsiq"ə pula görə keçməsi barədə deyilənlərə də münasibət bildirib: "Atam mənə belə söhbətlərə fikir verməməyi məsləhət gördü. O, mənə heç vaxt ruhdan düşməməyi və intizama əməl etməyi tapşırıb. Bu, çox vacibdir. Eyni zamanda onu da başa düşmək lazımdır ki, mənim yaşımda hər şey ola bilər".

Dadaşov öz hədəflərindən də söz açıb: "Arzum dünyanın ən yaxşı futbolçusu olmaqdır. Amma bu hədəfə çatmaq üçün hələ çox var. Kumirim Kriştiano Ronaldodur. Mən onun haqqında filmə baxmışam. Öz üzərində necə gərgin çalışdığını görmüşəm. Bu bir daha təsdiq edir ki, ideal futbolçu olmaq mümkün deyil. Bunun üçün gərək hər gün öz üzərində çalışasan. İndi "Leypsiq"də oynayıram və başqa təklif yoxdur. Hazırda əsas hədəfim Bakıda keçiriləcək AÇ-də oynamaq və titul qazanmaqdır". (LVZ)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail