Hacı Əliyev dünya reytinqində liderliyi davam etdirir

07.04.2016 | 2486 dəfə oxunub

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. 

Stadium.Az xəbər verir ki, Sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

İkiqat Dünya çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev öz çəkisində reytinqdə yenə də ilk sıradadır. Mövqeyi dəyişməyən güləşçilərimizdən biri də Olimpiya çempionu Toğrul Əsgərovdur. O, reytinqdə 5-ci sıradadır.

Riqada keçirilən son Avropa çempionatının gümüş medalçısı Cəbrayıl Həsənov 5 pillə irəliləyərək 9-cu sırada qərarlaşıb. Reytinqdəki mövqeyini yaxşılaşdıran daha bir güləşçimiz isə Aleksandr Qostiyevdir. Avropa çempionatında qazandığı gümüş medal güləşçimizi 10-cu sıradan 3-cü sıraya yüksəldib.

61 kq 

1. Hacı Əliyev – Avropa çempionatı 3-cü yer (1)

65 kq 

5. Toğrul Əsgərov – Qızıl Qran Pri 2-ci yer (5)

70 kq 

12. Hacımurad Ömərov – U-23 Avropa çempionatı 2-ci yer (9)

74 kq 

9. Cəbrayıl Həsənov – Avropa çempionatı 2-ci yer (14)

86 kq 

3. Aleksandr Qostiyev – Avropa çempionatı 2-ci yer (10)

13. Nurməhəmməd Hacıyev – U-23 Avropa çempionatı 1-ci yer (12)

17. Məhəmmədhacı Xatiyev – Dünya çempionatı 5-ci yer (13)

97 kq 

6. Xetaq Qazyumov – Dünya çempionatı 3-cü yer (4)

13. Şərif Şərifov – Qızıl Qran Pri 2-ci yer (10)

125 kq 

5. Cəmaləddin Məhəmmədov – Qızıl Qran Pri 2-ci yer (3)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail