Yığmamızın baş məşqçisi: "Olimpiya Oyunlarında da tarix yazacağıq"

07.04.2016 | 3171 dəfə oxunub

15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. 

Stadium.Az xəbər verir ki, Güləşi üzrə Azərbaycan yığma komandaları turnirə və qarşıdan gələn yarışlara hazırlığı davam etdirir. 


Yunan-Roma güləşi üzrə yığmamız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışlarını davam etdirir. Bu gün yığmanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən sonra komandanın baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə verdiyi açıqlamasında "Rio-2016"da yüksək nəticə qazanacaqlarına inandığını bildirib.

O, hazırlıqdan və əldə olunan nəticələrdən danışıb: "Las Veqasdakı dünya çempionatından qayıdandan sonra əvvəlki proqram üzrə davam etdik. 14 məşq proqramı hazırlamışıq və bu istiqamətdə də məşqlər gedir. İki lisenziya turnirində iki fərqli heyət iştirak edəcək. İnanıram ki, ilk lisenziya yarışından bunları əldə edərik. Bundan sonra möhkəm komanda olaraq həmin tədbirdə iştirak edərik. Alınmasa, ikinci və üçüncü komandalarımız da hazırdır. Lisenziya əldə etdikdən sonra olimpiadada uğurla çıxış edərik. İlk dəfə olaraq Dünya Kubokunda kürsüyə çıxdıq, 3-cü yeri tutduq. Tehranda Rusiya və İran komandasını udub birinci yeri qazandıq. Ardınca 4 lisenziya aldıq və daha bir tarix yazdıq. "Bakı 2015" I Avropa Oyunlarında 6 medal qazandıq, Las Veqasda dünya ikincisi olduq. İnanıram ki, güləşçilərin, məşqçilərin, federasiyanın zəhməti boşa çıxmayacaq və Olimpiya Oyunlarında da tarix yazacağıq. Nəticədə Azərbaycan xalqını sevindirəcəyik".

Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığmamız 2015-ci ildə Las Veqasda keçirilən və Olimpiya Oyunlarına lisenziya verən Dünya çempionatında 6 mümkün vəsiqədən 4-nü qazanıb. 59, 75, 85 və 130 kq çəkilərdə güləşçilərimiz elə ilk cəhddəcə Olimpiya vəsiqələrini əldə edib. 

İlk cəhddə vəsiqə əldə edilməyən çəki dərəcələri üçün güləşçilərimiz qitə və dünya təsnifat turnirlərində mübarizə aparacaq. Bu yarışlar 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq. 

Braziliyanın Rio-de Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarında 14-21 avqust tarixlərində sərbəst, yunan-Roma və qadın güləşçilər 18 dəst medal uğrunda mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail