Hafiz Məmmədov: "Komanda bu oyuna görə qələbə reytinqinə uyğun şəkildə mükafatlandırılacaq"
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Unibank Premyer Liqasının X turunun "Bakı"-"Xəzər Lənkəran" qarşılaşmasının başa çatmasından sonra oyun (2:2) barədə klubun rəsmi saytına açıqlama verib. Stadium.az xəbər verir ki, oyunu stadiondan böyük maraqla canlı izlədiyini bildirən klub rəhbəri ayrı-ayrılıqda futbolçuların və ümumilikdə komandanın nümayiş etdirdiyi mübarizə əzmini yüksək qiymətləndirib. İtirilən 2 xalın üzüntüsünü dilə gətirən Hafiz Məmmədov komandanın qələbəyə layiq oynadığını bildirib:
"Bu gün çox güclü rəqibə qarşı oynayırdıq. Unutmayaq ki, "Xəzər Lənkəran" Bakıya turnir cədvəlinin lideri kimi gəlib. Eyni zamanda rəqibimiz ölkənin ən iddialı klublarından biridir. “Xəzər Lənkəran” səviyyəli futbolçulardan qurulmuş güclü komandadır, sürətli və yaradıcı oyun göstərir.
Güclü yağış və küləkdən doğan çətin hava şəraiti oyunun gedişində öz sözünü dedi, bununla belə futbolçularımızın sona qədər əzmkarlıqla mübarizə aparması bütün bakısevərlər kimi məni də sevindirdi.
Bu oyun klub üçün həm də onunla əlamətdar idi ki, "Bakı" ilk dəfə Azərbaycan çempionatı oyununda rəqibi özünə aid təlim-məşq bazasının stadionunda qəbul etdi. Burada görülən işləri yüksək qiymətləndirirəm, klubun kollektivi belə prinsipial qarşılaşmanın səviyyəli şəkildə təşkili üçün böyük işlər görüb. Bu fəaliyyət davam etdiriləcək, əminəm ki, növbəti oyunlarda şərait daha da yaxşılaşdırılacaq. Təlim-məşq bazası və futbol akademiyasının səviyyəcə yeni müstəviyə yüksəldilməsi sahəsində ciddi çalışmalarımız var, bu tamam başqa bir söhbətin mövzusudur. Yalnız onu deməklə kifayətlənirəm ki, planlarımız genişdir".
Uinston Parksın sabiq klubunun qapsına iki qol vurmasına münasibət bildirən Hafiz Məmmədov bunu kosta-rikalı hücumçunun özünün sübutu kimi dəyərləndirdi:
"Parks karyerasını "Bakı"da davam etdirəcəyi barədə qərar verəndə bir çoxları bunun səhv addım olduğunu, onun gələcək karyerasının uğurunun şübhə altına alındığını söyləyirdilər. Bu gün Parks öz oyunu ilə meydan sahibinin kim olduğunu göstərdi, komandamız sonda qələbəni əldən versə də, bu azarkeşlərimiz üçün nə qədər acı olsa da, mən bu nəticəni qələbəyə bərabər sayıram. Bütün futbolçularımızın zəhmətini və məşqçi heyətinin işini qeyd etmək istəyirəm, Uinston Parksı isə oyunun ən yaxşısı kimi qiymətləndirirəm".
Nəticədən də önəmli meyarların olduğunu vurğulayan klub prezidenti futbolçuların mükafatlandırılacağını bildirdi:
"Komanda bu oyuna görə qələbə reytinqinə uyğun şəkildə mükafatlandırılacaq. Mən bu nəticənin qələbəyə bərabər olduğu qənaitindəyəm. Bu, Premyer Liqa miqyaslı turnirdə ilk klassik ev oyunumuz anlamına gəlirdi, “Bakı” ilk dəfə rəqibi klub stadionunda qəbul edirdi, azarkeşlərimiz də komandamıza dəstək verərək tribunaları doldurmuşdular. Gözəl abu-hava yaranmışdı. Futbolçularıma və məşqçilərimizə təşəkkür edirəm ki, bizə bayram əhval-ruhiyyəsi yaşatdılar, öz oyunları ilə ümidləri doğrultdular. Komanda oyuna qələbə üçün çıxmışdı, bunu sona qədər seyr etmək mümkün idi.
Əldən verilən qələbədə kiminsə günahlandırılmasını düzgün olmadığını bildirən Hafiz Məmmədov artıq bu oyunu unudub, gələcək qarşılaşmalara hazırlıqların davam etdirilməsini vacib sayır:
“Kimsə buraxılan qollarda Marko Şarliyanı günahlandırmasın. Marko təcrübəli və səviyyəli qapıçıdır. O, artıq necənci mövsümdür ki, “Bakı”nın çərçivəsini qoruyur. Onun illər boyu sərgilədiyi inamlı oyunları sadalamaqla biltməz. Şarliya çox oyunlarda komandamızı xilas edib. Onu ittiham etmək düzgün deyil.
Qeyd etdiyim kimi bütün komanda mükafata layiq görülüb, bundan əlavə Uinston Parks və Marko Şarliyaya klub rəhbərliyinin xüsusi hədiyyələri təqdim olunacaq”.
Stadionu ikili hisslərlə tərk etdiyini açıqlayan klub prezidenti bunun səbəbini belə izah etdi:
“Liderlə və çox güclü rəqiblə oyunun sonlarında qələbəni qoruya bilmədik, bu bizi təssüfləndirir. Amma bununla bərabər komandamızın göstərdiyi səviyyəli oyun və əzmkarlıq alqışa layiqdir.
Rəqib hesabı bərabərləşdirdikdən sonra yenə də qol vurmaq imkanlarımız oldu. Təəssüf ki, qalib gələ bilmədik. Qarşıdan gələn oyunlarda komandamıza uğurlar arzulayıram".
Sonda bir məlumatı da diqqətinizə çatdıraq ki, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovla klub infrastrukturunun inkişafı, təlim-məşq bazasının maddi-texniki bazasının gücləndirilməsi, yaxın perspektiv və gələcək planlar barədə geniş müsahibə hazırlanır. Həmin material yaxın günlərdə diqqətinizə təqdim olunacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |