Vüqar Nadirov: "Qolu şəhidlərimizə həsr edirəm" - MÜSAHİBƏ

09.04.2016 | 3219 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL üzərində 1:0 hesablı qələbə qazanan “İnter”in yeganə qolunun müəllifi Vüqar Nadirov oyundan sonra jurnalistlərə müsahibə verib: 

- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdinizmi?

- AZAL yaxşı komandadı. Onlar cari mövsümdə öz meydanlarında “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “Kəpəz” kimi güclü rəqibləri məğlub ediblər. Buna görə də, oyunun çətin keçəcəyini gözləyirdik. Vacib olan qələbə idi, onu da qazandıq.

- Xüsusilə də, birinci hissədə rəqibin qapısı qarşısına yaxınlaşmaqda çətinlik çəkirdiniz...

- AZAL uzun ötürmələrdən çox istifadə edir, irəli çox çıxır. Bunu bilirdik və rəqibin boşluq yaradacağını gözləyirdik. Birinci hissədə Sezarın zərbəsi dirəyə dəydi, Kvekveskiri fərqlənə bilərdi. Fasiləyə qədər edə bilmədiyimizi ikinci hissədə reallaşdırdıq.

- Oyun zamanı Emin Cəfərquliyevlə nəyə görə mübahisə edirdiniz?

- Oyun anında baş verənlər meydanda qalır. O da qışqırdı, mən də. Sonra gəlib üzr istədi. Bunu kənara çıxarmağa ehtiyac yoxdu.

- Klub rəhbərliyi də açıqlamasında deyib ki, komandanın qışa qədərki nəticəsi daha yaxşıdı. Qış fasiləsindən sonra oyun planında "artırsanız" da, nəticələriniz ürəkaçan deyil. Komandanın üzvü kimi səbəbini nə ilə izah edə bilərsiniz?

- Yeni oyunçular gəldi. Onların uyğunlaşması, komandanın formalaşması vaxt aparır. Əsas odu qələbə qazanaq.

- Elə rəhbərlik də bunu istəyir də...

- Olur, xallar itiririk. Bütün oyunlarda qalib gəlmək mümkün deyil.

- Komanda yayda avrokuboklara qatılmasa, xüsusilə də, legionerlərin düşərgəni tərk edəcəyindən ehtiyatlanmırsız?

- Bu məsələ açıq qalıb. Klub rəhbərliyi CAS-a müraciət edəcək. Yekun qərarın necə olacağını gözləyirik. Ola bilsin, avrokuboklara yollanaq.

- Siz bu cür vəziyyətlə qarşı-qarşıya qalsanız, qərarınız necə olacaq?

- Elə bir təklif yoxdu. “İnter”in oyunçusuyam. Başqa nə deyim? Təklif yoxdusa, danışmaq olmaz. Necə olacağını zaman göstərəcək.

- İstənilən halda, “İnter” mükafatçılar sırasına düşməlidi ki, CAS-dan müsbət cavab gəlməsə, heç olmazsa cəza silinsin...

- Ona görə də sona qədər mübarizə aparacağıq. CAS müsbət qərar versə yaxşı olar, verməsə də mübarizəmizi davam etdirəcəyik.

- Qoldan sonra əsgər salamı verdiniz və sıra addımları ilə yeridiniz. Xüsusi hazırlaşmışdınız?

- Döyüşlər zamanı canlarını qurban verən şəhidlərimiz heç zaman unudulmur. Bu qolu da onlara həsr edirəm.

- Yerişiniz diqqət çəkdi. Deyəsən, hərbi hissədə çox olmusunuz?

- Xeyr. Sadəcə, atam Ağdam uğrunda döyüşlərdə şəhid olub. Şəhid ailəsinin hansı hisslər keçirdiyini yaxşı bilirəm. Stadionumuzda da əsgərlərimizə dəstək ab-havası yaradılmışdı. Düzdü, bir gün əvvəl “Qarabağ”ın stadionunda bu aksiya daha diqqətçəkən oldu. Amma adına görə “Qarabağ” bunu hamıdan əvvəl etməlidi.

- Döyüşməyə hazırsınız?

- Əlbəttə, hazıram. Atam bu torpaqlar uğrunda döyüşdə şəhid olubsa, mən niyə getməyim?

- Şəhid oğlu Vüqar Nadirov indiyə qədər qazancından hansısa şəhidin ailəsi üçün yardım ayırıbmı?

- Əl tutmuşam. Qohum-əqrabam arasında şəhid, qaçqın ailələri çoxdu və onlara kömək etmişəm. Mən Ağdamı atışma gedə-gedə tərk etmişəm. Nələr baş verdiyini görmüşəm. Əgər həmin torpaqlar geri alınsa, gedib atamın qəbrini ziyarət edəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail