Mövsümün ilki Bonilladan gəldi

11.04.2016 | 3382 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXIX turu mövsümün ilk het-triki ilə əlamətdar olub. Stadium.Az “Rəvan” – “Zirə” oyununda meydan sahiblərini 3 dəfə məyus edən Nelson Bonilla ilkin müəllifi olub.

Ölkə çempionatları tarixinə het-trik edən həm ilk salvadorlu, həm də ilk “Zirə” təmsilçisi kimi düşən hücumçu Premyer Liqadakı het-triksiz dövrə son qoyub. Belə ki, ötən çempionatda da 3 qol vuran olmamışdı. Düzdür, nəticələri ləğv olunan “Araz-Naxçıvan”la görüşlərdə bir dəfə belə uğura imza atan olmuşdu. Lakin nəticəsi tarixə düşməyən qarşılaşmanı saymasaq, sonuncu het-trik 2013/14 mövsümündə, 2014-cü il mayın 7-də qeydə alınıb. 704 gün əvvəl “Qarabağ”ın “İnter” üzərindəki 4:1 hesablı qələbəsində Reynaldo 3 qolla pay sahibi olub.

Bonillanın het-triki 1992-ci ildən keçirilən ölkə çempionatlarında bir futbolçunun bir görüşdə 3 qol vurduğu 175-ci belə hadisədir. PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail