Millimizin üzvü Avropa çempionu oldu

13.04.2016 | 3145 dəfə oxunub

Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında davam edir. Goal.Az xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamız aktivinə ilk qızıl medalı yazıb. Fyordedə Azərbaycan himninin Boyanka Kostova səsləndirib.

58 kq dərəcəsində körpücük üzərinə çıxan dünya çempionumuz birdən qaldırma hərəkətində ilk yanaşmasını yerinə yetirməklə qızıl medalı təmin edib. Belə ki, öncə 95 kq çəkinin öhdəsindən gələn Kostova ardınca hər cəhdində sifarişini 5 kq artırıb və bu hərəkəti 105 kq çəkini ram etməklə bitirib. Bununla da o, ən yaxın izləyicisini 15 kq qabaqlayıb.

Təkanla qaldırma hərəkətində də Boyanka aşkar favorit olduğunu sübut edib. Öz çəkisində Avropa və dünya rekordlarının sahibi olan ağırlıqqaldıranımız əvvəlcə 120 kq, ardınca 130 kq-ı başı üzərinə qaldırıb. 3-cü yanaşma heç bir əhəmiyyət kəsb etmədiyindən atletimiz ondan imtina edib.

Toplamda 235 kq (105 kq + 130 kq) nəticə göstərən Kostova üçüncü dəfə Avropa çempionu tituluna yiyələnib. İkinci yerdə qərarlaşan İrina-Lasramioara Lepsa (Rumıniya) idmançımızdan nə az, nə çox – 30 kq (88 kq + 117 kq) az qaldırıb. İlk “üçlüyü” qapayan Yoanna Loçovska (Polşa) isə cəmi 204 kq (90 kq + 114 kq) çəkinin öhdəsindən gəlib.

Ondan öncə körpücük üzərinə çıxan Elmar Alıyev (56 kq) 7-ci, Mərziyyə Məhərrəmova (48 kq) ilə Allahyar Abışov (62 kq) 11-ci və Gülçin Əlizadə (53 kq) 20-ci pillədə qərarlaşmışdı. Yarış isə aprelin 17-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail