Toğrul Əsgərov: "İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm"

13.04.2016 | 3012 dəfə oxunub

"Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına məqsədyönlü şəkildə hazırlaşırıq. Bizim üçün bütün şərait yaradılıb".

Goal.az xəbər verir ki, bunu Azərbaycan sərbəst güləş millisinin üzvü Xetaq Qazyumov Göygöldəki təlim-məşq toplanışını dəyərləndirərkən deyib.

Dünya və 3 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi bildirib ki, yaradılmış şəraitdən maksimum yararlanırlar. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevin də komanda ilə birgə olduğunu deyən X.Qazyumov onun hər an güləşçilərin hazırlığına köməklik göstərdiyini vurğulayıb: "Məşqçilər, tibbi personal və biz məqsədə doğru 100 faiz köklənmişik".

Avropa və Olimpiya çempionu, həmçinin "Bakı 2015"in qalibi Toğrul Əsgərov isə bildirib ki, məşqlər aylardır intensiv şəkildə davam edir: "Olimpiadaya çox az vaxtımız qalıb. Məşqçilər və federasiya rəhbərliyi üzərimizdə çox çalışır. Hər şeylə təmin olunmuşuq. Arzumuz Rio-de-Janeyrodan Vətənə qızıl medallarla qayıtmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaqdır. Bunun üçün də məşqlərimizi artıqlaması ilə edir, rejimə riayət edir, bir sözlə, hər şey edirik ki, istəyimizə nail olaq".

T.Əsgərov hədəfini də açıqlayıb: "Ölkəmizdə ikiqat olimpiya çempionu yoxdur. İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm. Olimpiadada qızıl medal qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün də çalışırıq".

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail