"Neftçi"nin Müşahidə Şurası ilk hesabatını verdi

15.04.2016 | 3258 dəfə oxunub

"Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda Müşahidə Şurasının təsis olunmasından indiyə kimi ötən 1 il müddətində görülmüş işlər barəsində geniş hesabat təqdim edilib.


Öncə icraçı direktor Elnur Məmmədov “Neftçi”nin inkişaf strategiyasına uyğun olaraq tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllü sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumat verib.

Təqdimatdan sonra Müşahidə Şurası görülən işləri qənaətbəxş hesab edib və gələcək üçün təlimatlarını verib.

Müzakirə olunan digər mühüm məsələ əsas komandanın ölkə çempionatında və kubokundakı çıxışı olub. "Neftçi” PFK-nın idman direktoru və baş məşqçi səlahiyyətlərini icra edən Vəli Qasımov əsas komandanın ümumi vəziyyəti və mövcud olan problemlər barədə klub rəhbərliyinə hesabat verib. Bu günə olan göstəricilərə görə kubok uğrunda mübarizədə istənilən nəticə əldə olunsa da, "Neftçi”nin ölkə çempionatının turnir cədvəlində tutduğu yer rəhbərliyi, eləcə də azarkeşləri qane edə bilməz. Növbəti turlarda komandanın uğurlu çıxışı və turnir cədvəlində mümkün qədər irəliləməsi, eləcə də kubok oyunlarına ciddi hazırlaşmaq qarşıya məqsəd qoyulub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail