“İnter” ilə görüş bizim üçün üçüncü yer uğrunda əsas mübarizə oyunlarından biridir"

15.04.2016 | 3179 dəfə oxunub

Sabah Gəncə şəhər stadionunda “İnter” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını tamamlayıb. Komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı kapazpfc.az saytına fikirlərini bölüşüb: 

“İki uğursuz oyundan sonra qeyd etmişdim ki, komandada fiziki və psixoloji durum yerində deyil. Bu da anlaşılandır. 11 futbolçu ilə çempionatı keçirmək çətindir. Həftə boyunca fiziki və psixoloji vəziyyəti düzəltmək üçün bu yöndə işlədik. Eniş dövründən çıxmağa çalışdıq”.
Təcrübəli çalışdırıcı qarşıdakı matçın əhəmiyyətindən də bəsh edib: 

“İnter” ilə görüş bizim üçün üçüncü yer uğrunda əsas mübarizə oyunlarından biridir. Hələ heç nə itirilməyib. Qalib gəlməklə üçüncü yeri özümüzə qaytara bilərik. Bu rəqiblə oyunlar həmişə çətin olub. Əvvəlki üç matçdan bir xal götürmüşük. Əlimizi yanımıza sallamayacağıq. Yəqin ki, liderlərə yaraşan bir oyun olacaq. Görüşdən qələbə gözləyirik. Amma bu o qədər də asan olmayacaq. Qalib gəlmək üçün daha çox güc sərf etməliyik. Mənə elə gəlir ki, “Qarabağ”dan sonra ən çətin oyunumuz “İnter” ilə olacaq”.

Şahin Diniyev zədə səbəbindən matçı buraxacaq Namiq Ələsgərovun yoxluğu haqda da danışıb: “Əsas heyətin bütün futbolçuları heç də həmişə sıralarımızda olmur. Cəza və ya zədə səbəbindən hansısa futbolçu oyunu buraxmaq məcburiyyətində qalır. Hər dəfə kiminsə kənarda qalması bizə təsir edir. İndi də Namiqin xidmətindən məhrumuq. Ehtiyat qüvvənin geniş olmaması oyunumuza təsirini göstərir. Çalışacağıq ki, Ələsgərovun yoxluğunu digər futbolçularla sığortalayaq. Onun yoxluğu görünəcək, bu, sürətin aşağı düşməsinə gətirib çıxara bilər. Amma sabah meydana səbəblərlə yox, qələbə əzmi ilə çıxacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail