Fikrət Hüseynov: "Tərlan müəllim buna təəccüblənsə də, o, bu ağır yükün altına girdi" - MÜSAHİBƏ

19.04.2016 | 4800 dəfə oxunub

Bir qədər əvvəl AFFA Klublar Komitəsinin iclası başa çatdı. Stadium.Az xəbər evrir ki, iclas bitdikdən sonra komitə sədri Fikrət Hüseynov jurnalistlərin suallarını cavablandırıb:

- İclasımızın gündəliyində bir neçə mövzu var idi ki, onlardan biri də Medi Komitəsiylə görüş idi. Biz qarşı tərəfdən 3 nəfər dəvət edərək onlarla söhbət etdik. Mənə elə gəlir ki, biz gələcəkdə bunun bəhrəsini görəcəyik.

- Nələr müzakirə olundu, hansı qərarların qəbul edilməsi məqbul sayıldı?

- Ümid edirəm ki, gələcəkdə iki komitə arasında yaxşı işlər görüləcək.

- Media Komitəsinin üzvləri iclası tərk etdikdən sonra içəridə qızğın müzakirə başladı. Hətta müzakirə zamanı səslər bayıra da gəlirdi. Nələr müzakirə olunurdu?

- AFFA-nın baş katibi Elxan Məmmədov da iclasda iştirak edirdi. Bilirsiz ki, biz legionerlərə tətbiq edilən üzvlük haqqı 20 min manatdan 5 min manata endirilsin. Biz əmin idi ki, bu məsələ AFFA İcraiyyə Komitəsində öz həllini tapacaq. Ancaq bu baş vermədi. Biz də indi qərara aldıq ki, bununla bağlı İşçi Qrupu yaradılsın və iki komitə arasında bununla bağlı söhbətlər olsun. Artıq İşçi Qrupunun 3 üzvü də məlum oldu. Bunlar Klublar Komitəsinin sədri olaraq mən, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və “Neftçi”nin idman direktoru Elnur Məmmədovdur. Biz bu məsələylə bağlı müzakirələr aparacağıq və daha sonra İcraiyyə Komitəsinin üzvləriylə görüşüb, bir qərar verəcəyik. Bu müzakirələr qarşıdakı bir həftə ərzində həll ediləcək. Bundan sonra ola bilsin ki, iyul ayında İcraiyyə Komitəsinin iclası olsun və bu məsələ bir daha orada müzakirə edilsin.

- Super Kubok keçiriləcək?

- Bu məsələylə bağlı biz qarşıdakı günlərdə PFL prezidenti Ramin Muayevlə görüşüb danışacağıq. Yəni indi bu məsələni müzakirə etmədik.

- AZAL yaxşı mövsüm keçiri. Sizə elə gəlmir ki, bu uğurlu çıxışın sonunda futbolçulara daha çox diqqət ayrılmalı, maaşları artırılmalıdır?

- Biz bir il əvvəl klubun strategiyasını dəyişdik. Baş məşqçi Tərlan Əhmədovla yeni müqavilə bağlayanda bunu onun diqqətinə çatdırdıq. Tərlan müəllim buna təəccüblənsə də, o, bu ağır yükün altına girdi. Və indi çpx döyüşkən və mübariz komandamız var. Elə futbolçularımız var ki, onları heç kim bəyənməmişdi, amma baş məşqçimiz onlara güvəndi və indi onlar əsas heyətdə çıxış edirlər. Bu barədə rəhbərliklə danışığımız olub. Ola bilsin ki, iki turdan sonra və ya qarşıdakı 10 gündə rəhbərliklə görüşək və bu məsələni daha dəqiq müzakirə edək.

- Yəni komanda vəsiqə qazansa dəqiq olaraq Avropa Liqasında oynayacaq?

- Bəli. Təbii ki, oynayacağıq. Bu barədə heç bir problem olmayacaq.

- Söhbətlər var ki, mövsümün sonunda klubun prezidenti dəyişəcək...

- Hazırda klubun prezidenti Zaur Axundovdur. Bu barədə bizdə heç bir xəbər yoxdu. Təbii ki, komandanı gücləndirəcəyik.

- Tərlan Əhmədov bildirib ki, sabah nə olacağını bilmir...

- Tərlan müəllim bunu o mənada deməyib. Mən sizə deyəm  ki, komanda gücləndiriləcək.

- Onda demək olar ki, komanda Avrokuboklara vəsiqə qazanacağı halda büdcə artırılacaq?

- Yox, bu məsələ ondan aslı deyil. Vəsiqə qazansaq daha da güclənəcəyik. Amma istənilən halda biz 4-5 nəfərlə sağollaşacağıq və komandaya daha güclü futbolçular gətirəcəyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail