Azərbaycanlı güləşçi Almaniya klubunda

21.04.2016 | 3450 dəfə oxunub

Azərbaycan güləşçisi Cəbrayıl Həsənov ilkə imza atıb. Stadium.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində yığmamızın əsas üzvü olan 26 yaşlı idmançı karyerasını Almaniyada davam etdirəcək.

Belə ki, Avropa çempionumuz legioner həyatı yaşamağa qərar verib. O, Almaniyanın “Nendingen” klubu ilə anlaşıb.

Klublararası Almaniya çempionatının ən yüksək dəstəsi – Bundesliqada çıxış edən 6 klubdan biri olan bu komanda heyətini ulduzlarla gücləndirməyə başlayıb. Onlar dünya çempionatının və Avropa Oyunlarının mükafatçısını da bu məqsədlə transfer ediblər. 

Müqavilə ilkin olaraq, 2016/2017 mövsümü üçün imzalanıb. Artıq onun adı yeni il üçün iştirak ərizəsinə də salınıb.

Həsənov “Nendingen”ə Bakının “Zenit” klubundan gedib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail