Zaur Svanadze: "Oyun “Qarabağ”ın tam üstünlüyü ilə keçdi" - MÜSAHİBƏ

22.04.2016 | 3682 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqsının XXXI turunun “Qarabağ”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun “Qarabağ”ın tam üstünlüyü ilə keçdi. Daha çox təhlükəli vəziyyət yaratdılar. Biz isə bunu bacarmadıq. Bunun isə obyektiv səbəbləri var. Biz zədəli futbolçulardan əziyyət çəkirik.  Aparıcı 6 əsas futbolçumuz bu gün meydanda yox idi. Bu isə oyun keyfiyyətinə mane oldu. İndi bizi “Qarabağ”la çətin kubok oyunu gözləyir.

- Bu qədər zədəli futbolçunun olması nəylə bağlıdır?

- Əksinə, mən belə düşünmürəm. Elnur Abdullayev xəstələnib, onun zədəsi yoxdu. Eləcə də Abbas Hüseynov. Heç bir yükləmədən söhbət gedə bilməz. Onlar səhətlərinə görə bu gün meydanda yox idi. Onlar xəstələnmişdilər, Elnur məşqdə topa zərbə vuranda əzələsin dartdı. Bunun isə məşqlə heç bir bağlılığı ola bilməz.

- İlkinin yerinə Taşkın oynadı. Onun oyununu necə dəyərləndirirsiz?

- “Neftçi” və “Kəpəz”lə oyunlarda yaxşı çıxış etdi. Mənim ona qarşı heç bir iradım yoxdu.

- Ola bilər ki, zədəlilər bəhanə olsun və “İnter” bu oyunu kuboka qurban versin?

- Biz bunu qətiyyən düşünmürük. Biz demirik ki, əsas futbolçularımız yox idi deyə məğlub oldu. Ancaq fakt faktlığında qalır ki, “Qarabağ” Azərbaycanda ən güclü komandadır. Onlarla oynamaq çətindir.

- Gələn mövsüm üçün “İnter”i necə motivasiya edəcəksiz?

- Hələ ki, Avroliqa üçün şansımızı itirməmişik. Bunu zaman göstərəcək. Biz UEFA-dan kənarda qalsaq da, komandanı gücləndirəcəyik. Bizim ehtiyatda ancaq gənc futbolçularımız var. Heyət güclənməlidir, bu, vacibdir.

- Siz hər halda komandada qalacaqsız?

- Hələ ki, bu barədə bir şey deyə bilmərəm.

- Kvekveni yaxşı transfer saymaq olar. O, bildirib ki, sizə görə komandada qalıb. O, qalacaq, yoxsa gedəcək?

- Hələ ki, o, komandada qalmaq istəyir. Hələ ki, durum belədir.

- Xizanaşvili yaxşı futbolçudur, amma qolla nəticələnən səhvlər edir...

- Xizanaşvili yaxşı futbolçudur. O da səhv edə bilər, futbolçudur. Təbii ki, bununla bağlı onunla oyunun fasiləsində danışdıq. Belə bir futbolçunun ani səhvi komandaya mənfi təsir edir. Biz ikinci qolu da öz səhvimizdən buraxdıq. “Qarabağ” belə səhvləri bağışlamaz.

- Ağabala Ramaznov bildirib ki, “İnter” onunla maraqlanır. Siz onu komandanızda görmək istəyirsiz?

- Bir çox yerli futbolçularla maraqlanırıq. Onları böyük məmnuniyyətlə öz komandamda görmək istəyərəm.  Ağabala da onlardan biridir.

- Fomenkonu yayda gedənlərdən saymaq olar?

- Hələ ki, konkret bir söz demək olmaz. Qalıb qalmaması özündən aslıdır. Qalması üçün gərək çox artırsın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail