Bir dön bizim “Bakı"ya bax... - KÖŞƏ
Təqdimata-filana ehtiyacı olmayan Səməd Vurğun bu sözləri Bakı haqqında demişdi. Daha doğrusu, illər ötməsinə rəğmən dillərdən düşməyən, yaddaşlardan itməyən “Azərbaycan" şeirində paytaxtımızı da vəsf eləmişdi. Görünür, elə o vaxtlar da baş kəndimizin yaraşığına fikir verirmişlər.
Elə günü bu gün də sökülə-sökülə tikilən, tikilə-tikilə sökülən Bakıda baxmalı çox şey var. Amma bu yazı Bakı haqqında olmadığından
paytaxtımızın gözəlliyi, arada-barada bu gözəlliyə xələl gətirən məsələlər barədə çox dərinə getməyə ehtiyac yoxdur. Bakı həmişə gözümüzün qabağındadı, qaçmır ki...
Bu dəfə “Bakı" haqqında yazmaq daha yerinə düşər, çünki paytaxtın adaşı sürətlə geriyə doğru qaçır. Asta-asta biz tərəflərə bəd xəbərlər göndərməkdə usta olan FİFA o gün, yəni gözəl bir yaz səhərində bu klubun olan-qalan xallarını da silib qurtardı. “Bakı" da istisinə qızınmayıb tüstüsünə kor olduğu legionerlərin badına getdi. Vaqonla gəlib eşalonla gedən belə legionerlərdən kim yarıdı ki? Bəlkə “Xəzər Lənkəran",
“İnter", “Qəbələ" dağ üstə dağ qoydu görmədik, ya bəlkə “Neftçi" ağ günə çıxdı xəbərimiz olmadı? Səviyyəli-səviyyəsiz əcnəbiləri
biz tərəflərə gətirib çoxüzlü müqavilələrə barmaq basıb sonra da bal tutub barmaq yalayanlar çəkilib durublar kənarda. Klublarımız
isə FİFA-dan “qara kağız" almaq üçün növbəyə düzülüblər.
Hamının yerinə deyə bilmərəm, amma mənim “Bakı"nın indiki halına gerçəkdən ürəyim ağrıyır. Hafiz və Zeynal Məmmədov qardaşlarının malı-pulu ilə yaranan bu klub milli çempionatımıza əməlli-başlı rəng qatırdı. Klub titul da qazanırdı, pis-yaxşı Avropadakı stadionlarda
da top qovurdu. Düzdür, arada “fair-play" qaydalarını ayaq altına atıb Azərbaycan kubokunu da ələ keçirdi. İndiki məqamda həmin məsələnin üzərində çox dayanmağa gərək görmürəm... Umu-küsünü kənara qoyub “Bakı"nı bu acınacaqlı durumdan çıxarmağın
yollarını axtarmaq bəlkə elə ən doğru yoldur.
Son vaxtlar yolum bir neçə dəfə “Bakı"nın Biləcəridəki
bazasında düşüb. Köhnə dostum, “Bakı"nın beşiyini yırğalamış, klubun ayaq üstə durması üçün çox əziyyətlər
çəkmiş Yaşar Seyidovla üzbəüz oturub söhbətləşmişik.
Hər dəfə Yaşar bəyi “Bakı"nın indiki durumdan çıxarmaq üçün göstərdiyi fədakarlıqdan heyrətlənmişəm.
Bir vaxtlar bazada metro jetonu atanda yerə düşmürdü, “Klubun işçisiyəm"- deyənlərin sayı BMT-nin Nyu-Yorkdakı baş ofisində çalışanlardan çox idi. İndi...
“Bakı" klubunun 300-dən çox uşağa bu idman növünün əlifbasını öyrədən Futbol Akademiyası bəlkə də son günlərini yaşayır. Yaşar Seyidovun rəsmi qurumların, aidiyyəti olan və olmayan təşkilatların qapısında çaldığı həyəcan təbili heç kimin vecinə deyil. Görünür, Azərbaycanda hər evdə bir futbol ulduzu yetişdiyindən “Bakı"nın Futbol Akademiyasının durumu və sabahı ilə maraqlanmaq
istəmirlər. Dostum deyir ki, belə getsə, beynəlxalq
təşkilatlara yazacam.
Vallah, beynəlxalq qurumların
dilini bilmədiyimdən indidən nəsə deməyə çətinlik çəkirəm. Məni düşündürən
bizimkilərdi. Bir vaxtlar Hafiz və Zeynal Məmmədovlara salam vermək üçün min bir oyundan çıxanlar, ortada kəndirbazlıq edənlər, “Bakı"nın heyətində uğur və para qazananlar, klubun hesabına Çexiyadan vurub Slovakiyadan
çıxanlar niyə indiki ağır durumda mənəvi dəstəklərini belə çox görürlər?
Bizdə uşaq futbolunun
inkişafından söz yazıb dastan bağlayanların səsi niyə eşidilmir? Günlərin birində “Bakı"nın Futbol Akademiyasının qapısından yekə bir qıfıl asılsa, bəs, onda nə deyəcəksiniz?
Akademiyada top qovan 300 uşağın alqışını qazanmaq üçün bundan yaxşı fürsətmi var?
Futbol ulduzu olmaq arzusu ilə böyüyən balaca futbolçuların qarğışına tuş gəlmək istəmirsinizsə, konkret bir addım atın. Siz bilən alqış qazanmaq yaxşıdı, yoxsa qarğış...
Etibar CƏBRAYILOĞLU
“Het-trik
news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |