Rövnəq Abdullayev Cüdo millisi ilə görüşüb FOTOLAR

03.05.2016 | 3414 dəfə oxunub

 Ötən gün SOCAR-ın baş ofisində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında uğur qazanan cüdoçular və onların məşqçiləri ilə görüşüb.

Stadium.Az xəbər evrir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev çıxışında idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibətilə təbrik edib, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirib. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən federasiya prezidenti 6-9 may tarixlərində Bakıda keçiriləcək Qran-pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini deyib. Rio-de Jeneyroda keçiriləcək olimpiadaya 6 lisenziyanın qazanılması növbəti yarışlarda 7-ci lisenziyanın qazanılacağına böyük ümidlər yaradır. R.Abdullayev çıxışının sonunda tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibəti ilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik edib.

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher və federasiyanın vitse-prezidenti Sadıq Sadıqov komanda üzvləri adından idmançılara yaradılan şəraitə görə təşəkkür edib, Bakı Qran-prisində daha yüksək nəticələrlə idmansevərləri sevindirmək əzmində olduqlarını vurğulayıblar.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev idmana və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.























Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail