Ölümdən dönən Rauf Əliyev: "Artıq evimdəyəm və özümü yaxşı hiss edirəm"

03.05.2016 | 3628 dəfə oxunub

“İnter” “Sumqayıt”la oyunda şok yaşadı. Az qala bir ildən sonra yaşıl meydanlara dönən Rauf Əliyev ikili mübarizədə rəqib futbolçu Cəmil Hacıyevin zərbəsinə tuş gələrək özündən getdi. Dərhal həkim müdaxiləsiylə xəstaxanaya aparılan Rauf gözlərini məhz xəstəxana açıb. Stadium.Az xəbər verir ki, Rauf olayı belə şərh edib:

“Açığı, heç nə yadıma gəlmirdi. Epizodu görəndən sonra nələrin baş verdiyini xatırladım.

Mən topla oynamaq istəyəndə “Sumqayıt”ın futbolçusu top yerinə başıma zərbə vurdu. Zərbədən sonra huşumu itirdim və dilim qatlandı. Bu zaman ilk yardımı futbolçular və klubun həkimləri göstəriblər. Onlara təşəkkürümü bildirirəm. Gözümü açdım ki, xəstəxanadayam. Birinci nə baş verdiyini anlamadım. Sonra epizodu gördüm və həmin an yadıma düşdü.

Mənə zərbə vuran Cəmil xəstəxanaya yanıma da gəlibmiş. Olan şeydi, canı sağ olsun. Futbolda belə hallar hamının başına gələ bilər. Artıq evimdəyəm və özümü yaxşı hiss edirəm. Sadəcə, başımda bir az ağrı qalıb, o da keçəcək”. 

Rauf ötən gün xəstəxanadan evə buraxılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail