"Bu oyun mənə “Barselona”da “Çelsi”yə uduzduğumuz görüşü xatırlatdı"

04.05.2016 | 3105 dəfə oxunub

“Bavariya” Çempionlar Liqasının yarımfinalında “Atletiko”ya iki oyunun nəticəsinə görə məğlub olaraq bu turnirdə mübarizənid ayandırdı. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Pep Quardiola oyun haqda danışıb:

“Mübarizəni dayandırdığımız üçün həm məyusam, həm də komandamla fəxr edirəm. Böyük oyun idi.

Mənim oyun fəlsəfəm həmişə irəli atılmaq və hücum etməkdi. Əgər “Atletiko” finala adladısa, deməli, bunu tam olaraq, həyata keçirə bilmədik. Evə qayıdanda başa düşürsən ki, daha yaxşı oynaya bilərdin. Möhtəşəm 80 dəqiqə keçirdik. Bizdən asılı olan hər şeyi etdik. Bu oyun mənə “Barselona”da “Çelsi”yə uduzduğumuz görüşü xatırlatdı. Çoxlu qol vəziyyətləri yaratsaq da, şanslardan lazımınca istifadə edə bilməmişdik. İndi də elə oldu. Lakin “Atletiko” da finala adlamağa layiq idi. Artıq diqqətimizi çempionata yönəldəcəyik. Bundesliqada çempionluğu rəsmiləşdirməmişik. Son nöqtəni qoymaq lazımdı.

Mən burda çox xoşbəxt idim. Əlbəttə ki, Çempionlar Liqasının kubokunu qazanmaq mənim məqsədim idi. Bütün gücümüzlə mübarizə apardıq. Lakin ardıcıl 3 mövsümdə bunu bacarmadıq. Ümumilikdə, “Bavariya”da birgə çalışdığım bütün futbolçulardan razıyam. Məni tənqid edəcəklər? Nə istəyirlər desinlər. Əlimdən gələni etdim. İlk gündən bu vaxta qədər can qoydum, həyatımı “Bavariya”ya həsr etdim. Burda keçirdiyim 3 ilə görə təəssüflənmirəm. “Bavariya”nın bu oyunçularla və mentalitetlə yaxşı gələcəyi var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail