Avropa çempionatında parlayan ulduzlar - FOTOLAR

05.05.2016 | 3816 dəfə oxunub

Bu gün Bakıda 17 yaşlılar arasında Avropa çempionatı start götürəcək.Stadium.Az xəbər evrir ki, 2002-ci ildə ilk dəfə keçirilən bu turnir bütün Avropanın diqqət mərkəzində olacaq. 

Qitənin nəhəng klubları öz skautlarını paytaxtımıza yollayıb. Bu skautlar gələcəyin ulduzlarını seçəcəklər. 
2002-ci ildə keçirilən U-17 Avropa çempionatı dünya futboluna bir çox ulduzlar bəxş edib. Həmin ulduzları sizlərə təqdim edirik:

2012-ci ildə Sloveniyada keçirilən turnirdə Maks Meyer kəşf olundur. Alman futbolçu həmin çempionatda diqqətləri üzərinə çəkməyi bacarmışdı. (qafqazinfo)

2011-ci ildə Serbiyada keçirilən çempionatın ulduzu isə hollandiyalı Memfis Depay olmuşdu. Hazırda “Mançester Yunayted”in şərəfini qoruyan futbolçu skautların rəğbətini qazanmışdı.

2010-cu ildə Lixtenşteyndə keçirilən qitə birinciliyi “Yuventus”un ulduzu Pol Poqba üçün tarixə düşdü.

2009-cu ildə Almaniyada baş tutan turnirin siması isə hazırda “Bavariya”da çıxış edən Mario Götze idi. Özünü ən yaxşı tərəfdən göstərən futbolçu sonradan dünya ulduları sırasına qoşuldu.

2008-ci ildə Türkiyədə keçirilən çempionatda Tyaqo Alknatara skautların sevimlisinə çevrilmişdi.

2007-ci ildə Belçikada keçirilən turnirdə inamlı çıxış edən Eden Hazard sonradan qitənin ən tanınmışlarından oldu. O, ölkəsində keçirilən çempionatda parlamağı bacardı.

2006-cı ildə Lüksemburqdakı Avropa çempionatı isə almaniyalı Toni Krossu bütün dünyaya tanıtdı.

2005-ci ildə İtaliyada baş tutan qitə çempionatı türkiyəli Nuri Şahin üçün uğurlu oldu.

2004-cü ildə Fransada keçirilən turnirin ulduzu isə Sesk Fabreqas olmuşdu. İspaniya millisinin heyətində o, rəqiblərinə meydan oxumağı bacarmışdı.

2002-ci ildə Danimarkadakı Avropa çempionatı Ueyn Runini dünya futboluna bəxş etdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail