Azərbaycan kubokunda ilklərlə zəngin final
Azərbaycan kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib. Stadium.Az xəbər verir ki, mayın 25-də baş tutacaq finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.
Sonuncular “Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə “İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.
Bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci “Qızıl dubl”unu rəsmiləşdirmək, “Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.
Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn “Qarabağ”la “Neftçi” kimi “Kəpəz” – “Qarabağ” (1997/98, 1999/2000), “Neftçi” – “Şəmkir” (1998/99, 2003/04) və “Xəzər Lənkəran” – “İnter” (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda – adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.
Daha bir ilkə “Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan “ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. “Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, “Kəpəz”, “İnter” və “Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. “Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.
Ümumilikdə isə ən çox final oynayan “Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib.
mövsüm | qalib | finalçı | hesab |
1992 | “İnşaatçı” (Bakı) | “Kür” (Mingəçevir) | 2:1, əlavə vaxtda |
1993 | “Qarabağ” (Ağdam) | “İnşaatçı” (Sabirabad) | 1:0, əlavə vaxtda |
1993/94 | “Kəpəz” (Gəncə) | “Xəzər” (Lənkəran) | 2:0 |
1994/95 | “Neftçi” (Bakı) | “Kür” (Mingəçevir) | 1:0 |
1995/96 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | 3:0 |
1996/97 | “Kəpəz” (Gəncə) | “Xəzri” (Bakı) | 1:0 |
1997/98 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:0 |
1998/99 | “Neftçi” (Bakı) | “Şəmkir” | 0:0, pen. 5:3 |
1999/2000 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:1 |
2000/01 | “Şəfa” (Bakı) | “Neftçi” (Bakı) | 2:1 |
2001/02 | yarımçıq qalıb | ||
2002/03 | Keçirilməyib | ||
2003/04 | “Neftçi” (Bakı) | “Şəmkir” | 1:0, əlavə vaxtda |
2004/05 | “Bakı” | “İnter” (Bakı) | 2:1, əlavə vaxtda |
2005/06 | “Qarabağ” (Ağdam) | “Karvan” (Yevlax) | 2:1 |
2006/07 | “Xəzər Lənkəran” | “MKT-Araz” (İmişli) | 1:0 |
2007/08 | “Xəzər Lənkəran” | “İnter” (Bakı) | 2:0, əlavə vaxtda |
2008/09 | "Qarabağ" (Ağdam) | "İnter" Bakı | 1:0 |
2009/10 | “Bakı” | “Xəzər Lənkəran” | 2:1, əlavə vaxtda |
2010/11 | “Xəzər Lənkəran” | “İnter” (Bakı) | 1:1, pen 4:2 |
2011/12 | “Bakı” | “Neftçi” (Bakı) | 2:0 |
2012/13 | “Neftçi” (Bakı) | “Xəzər Lənkəran” | 0:0, pen 5:3 |
2013/14 | “Neftçi” (Bakı) | "Qəbələ" | 1:1, pen.2:3 |
2014/15 | "Qarabağ" Ağdam | “Neftçi” (Bakı) | 3:1 |
PFL
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |