Cüdoçularımız üçün uğurlu reytinq: Komandamız 7-ci lisenziyanın bir addımlığında

06.05.2016 | 3478 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər evrir ki, Avropa çempionatının yekununa əsasən tərtib olunan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

Rio Olimpiadasına cəmi 3 yarış qalmış açıqlanan cədvəldə millimizin aparıcı üzvləri mövqelərini möhkəmlədiblər.

Belə ki, Avropa çempionu adını qazanan Rüstəm Orucov (73 kq) öz çəkisində yenə birincidi. Elmar Qasımov Rusiyanın Kazan şəhərində keçirilən yarışda mükafat qazanmasa da, liderliyini kiməsə güzəştə getməyib. Onunla birgə 100 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Elxan Məmmədov isə 21-cidi.

Avropa çempionatında gümüş medalla kifayətlənən Orxan Səfərov (60 kq) da mövqeyini yaxşılaşdırıb. O, hazırda 4-cüdü.

Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 10-cu, Tərlan Kərimov (66 kq) 42-ci, Abdulhaqq Rəsullu (81 kq) 60-cı, Məmmədəli Mehdiyev (90 kq) 28-ci, Uşanqi Kokauri (+100 kq) 31-ci və Aişə Qurbanlı (48 kq) 45-ci yerdə qərarlaşıb.

Bu isə o deməkdi ki, kişilərdən ibarət yığmamızın Rioya tam heyətlə yollanması üçün Rəsullu qarşıdakı turnirlərdə maksimum xal toplamalıdı. Digər çəkilərdə isə lisenziyalarımızın rəsmiləşməsi qalıb. Yəni bəzi cüdoçularımız öz ölkələrinin ən yaxşıları olmayanları nəzərə alsaq, “22-lik”də yerlərini təmin ediblər.

Cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail