Bürünc medal qazanan idmançımız: "Finala çıxmağı heç kim əlimdən almadı"

07.05.2016 | 5561 dəfə oxunub

Ötən gün Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. Stadium.Az xəbər verir ki, 66 kq çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov turnirə 1/16 final mərhələsindən başlayıb. O, ilk cəhdində Aleksander Beta ilə münasibətinə aydınlıq gətirib. Polşalı idmançıya şans verməyən cüdoçumuz vaxtından əvvəl qələbə qazanıb. 1/8 finalda onun rəqibi Qolan Pollak (İsrail) olub. Kərimov bu dəfə də uğurlu seriyasını davam etdirərək, mərhələ adlayıb. İdmançımız 1/4 finalda Suqoi Uriarte (İspaniya) ilə üz-üzə gəlib. Təəssüf ki, o, yarımfinala yüksələ bilməyib.

Tərlan təsəlliverici görüşündə Elio Verdeni (İtaliya) sınağa çəkib. İdmançımız rəqibinə ipponla qalib gəlib. O, bürünc medal uğrunda Məmmədzadənin uduzduğu Qansbeke ilə döyüşüb. Kərimov komanda yoldaşının revanşını alaraq, "bürünc" qazanıb. 

Tərlan daha sonra bürünc medal və Rio Olimpiadasına vəsiqə qazanamsıyla bağlı fikirlərini Stadium.Az saytıyla bölüşüb:

“Bütün rəqiblərim güclü idmançılar idi. Məsuliyyət ağır olmaqla yanaşı, həm də rəqiblər çox təcrübəlidir. Ancaq yenə də şükürlər olsun ki, medal qazana bildim. Finala çıxmağı heç kim əlimdən almadı. Mənim məğlub olduğum ispaniyalı cüdoçuyla olimpiadada döyüşmüşdüm və mənə qarşı haqsızlıq olmuşdu. Mən yenə də hakimlərin qərarıyla razı deyiləm. İspan Avropa çempionu və olimpiada 5-cisidir. Onu keçsəydim çempon ola bilərdim. Məncə ispaniyalının uduzduğu rusiyalı idmançı da çox güclüdür. O, iki il ardıcıl dünya ikincisi olub. Bürünc medal uğrundakı döyüşdə həvəssiz deyildim. Sadəcə rəqib idmançı olduqca çox məsuliyyətlə çıxmışdı. Qələbə qazanamq istəyirdi. Məndə çox diqqətli idim və onun səhv etməsini gözlədim. Rəqibi əks fəndə salaraq təmiz qələbə qazandım. İndi əsas hədəf olimpiadada uğur qazanmaqdı. İnşAllah ki, bundan sonra ancaq Rio olimpiadası üçün çalışacam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail