Rafael Ağayev 13-cü dəfə Avropa çempionu oldu

07.05.2016 | 3815 dəfə oxunub

Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatında fərdi yarışlar keçirilir.
 
Stadium.Az xəbər verir ki, 46 ölkədən 437 idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da mübarizə aparıb. 

Yarışda uğurla çıxış edən yığmamızın heyətində “Qəbələ” İdman Klubunun üzvləri də tatmı üzərinə çıxıblar. Avropa çempionatına yollanan təmsilçilərimizdən Rafael Ağayev 75 kq çəki dərəcəsində qitə çempionu tituluna yiyələnib. Andorralı Serxi Herveri 5:0, avstriyalı Stefan Pokornını 4:0, macar Qabor Harspatakini 1:0 hesabı ilə məğlub edən idmançımız yarımfinalda fransalı Loqan da Kostanı 6:0 hesabı ilə üstələyib. 

Həlledici qarşılaşmada Türkiyə idmançısı Erman Eltemurla görüşən karateçimiz 3:0 hesabı ilə qalib gəlib. Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ağayev 13-cü dəfə Avropa çempionatının qızıl medalını qazanıb. ("Qəbələ"nin saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail