Ceyhun Sultanov: "Millini Qurban Qurbanov çalışdırmalıdır"

26.10.2011 | 6999 dəfə oxunub

Qarşıdakı turda "Kəpəz" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Stadium.az xəbər verir ki, qonaq komandanın lideri Ceyhun Sultanov matç barədə fikirlərini əməkdaşımızla bölüşüb: "Lənkərana xal qazanmaq üçün gedirik. Düzdü, "Xəzər Lənkəran" çox güclü komandadı, çempionatın lideridir, amma oynanılmayacaq komanda yoxdur. İnşallah, səfərdən xalla dönəcəyimizə inanıram".

rnrn

Son zamanlar millinin baş məşqçisi Berti Foqtsun vəzifəsində qalacağı, onunla müqavilənin uzadılmayacağıyla bağlı təzadlı fikirlər səsləndirilir. Ceyhun bu məsələyə də toxundu:rn"Berti Foqts neçə ildir Azərbaycan millisinin baş məşqçisidir. O, burada nə edib ki, müqaviləsi də uzadılsın? Estoniya millisi "pley-off"dadır, ermənilər bu mərhələnin bir addımlığından dönüb, biz isə 7 xal qazandığımıza sevinirik. Hazırkı şərait və futbolçularla 7 xal qazanmaq uğur deyil. Məncə millini Qurban Qurbanov çalışdırmalıdır. Qurban müəllim azərbaycanlı futbolçuları çox yaxşı tanıyır, üstəlik, bacarığı da göz qabağındadır. 3 ildir UEFA kubokunda böyük təcrübə toplayıb. Qurban Qurbanovun millini çalışdırmasında heç bir problem görmürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail