"Erməniləri yaxşıca döydük, onların bayraqlarını əllərindən alıb cırdıq"

14.05.2016 | 4064 dəfə oxunub

Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava düşməsi barədə xəbər vermişdik. Stadium.Az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Ramil Allahverdiyev hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, davaya ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxribata əl atması səbəb olub.

Məşqçi “DQR”ın bayrağını ermənilərin əlindən alaraq cırdığını bildirib: “Yarışda Azərbaycanı 5 idmançı təmsil edirdi. Ermənilər qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını meydanda qaldırmaq istədilər. Bu, bizə qarşı təxribatdır. Nəticədə dava düşdü, erməniləri yaxşıca döydük. Onların bayraqlarını əllərindən alıb cırdıq. Yarışda bizim idmançımız erməni rəqibini udmuşdu. Onlar da bizi qıcıqlandırmaq üçün bu addımı atdılar. Biz də cəzalarını verdik. Şükür Allaha, bizdən heç kim döyülməyib, xəsarət də almamışıq. Ermənilərin qabırğaları, ayaqları sınıb. Onlar arasında kəllə-beyin travması alanlar var. Ermənilər bizi Ukrayna polisinə şikayət ediblər”.


Məsələylə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verdiyi açıqlamasında hər şeyin azərbaycanlı idmançının qələbə qazanmasından sonra baş verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan idmançısı Orxan Məhərrəmov erməni idmançı üzərində qələbə qazanıb və bu da qarşı tərəfin aqressiyasına səbəb olub: "Bizim idmançı Orxan Məhərrəmov qalib gəldi. Bundan sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən ermənilər davaya cəhd etdilər. Davanın yaranmasına əsas səbəb isə qondarma Dağlıq Qarabağ bayrağının qaldırılması olub. Bundan sonra iki tərəf arasında insident yaşanıb. Nəticədə Azərbaycan tərəfi ermənilərin əlində olan oyuncaq bayrağı götürərək cırıb və ayaqlar altına atıblar".

Davada zaldakıların hamısı iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail