Tuyqun Nadirov: "Rednikin Kamranla problemi olsaydı, onu aylarla, illərlə ehtiyat oyunçular skamyasında saxlayardı"

27.10.2011 | 5213 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi:

- Kamran Ağayevin cəzalandırılıb, kapitan sarğısından məhrum edilməsinə səbəb nədir? 
- Hazırda psixoloji durumu Kamranın kapitan olmasına imkan vermir. Hamı bilir ki, kapitanın öz öhdəlikləri var. Onun məsuliyyəti daha çox olur. Sarğını daşıyan digərlərinə də nümunə olmalıdır. 

- Belə addımın atılması qərarını kim verib? 
- Baş məşqçi və klub rəhbərliyinin birgə qərarıdır.

- Onun “Bakı” ilə oyunda buraxdığı kobud səhvin də qərarınızda rolu olubmu? 
- Hər bir futbolçu səhv edə bilər. Kamranın təkbaşına xilas etdiyi çox oyunlar olub. Son ölkə kubokunun finalını demək olar Ağayev qazandı. Penaltilər seriyasında bütün məsuliyyət onun üzərində idi. Amma “Bakı” ilə əvvəlki finalda əksinə - kobud səhvlə məğlubiyyətimizə səbəb olmuşdu.

- Yəni qərar 1 oyundakı səhvlə bağlı deyil... 
- Ümumilikdə, indiki durumda Kamran kapitan sarğısını daşımağa hazır deyil. Hamının psixoloji çətinlikləri olur. Onun da belə çətinliyi var. Kapitan isə hər sözünü, hərəkətini ölçüb-biçməlidir. Bu üzdən indiki durumda Rahid Əmirquliyevin kapitan olmasını lazım bildik.

- Belə çıxır ki, gələcəkdə psixoloji durumu düzəldikdən sonra Ağayev yenidən kapitan sarğısını qaytara da bilər? 
- Kamran öz futbolçumuzdur, başqa yerdən gətirməmişik. Milli səviyyəsinə bizim klubdan çıxıb. Heç kim deyə bilməz ki, Ağayev gələcəkdə kapitan olmayacaq. Kamran özü də həmişə deyir ki, onun üçün Azərbaycanda 1 klub var – “Xəzər Lənkəran”.

- Onun əsas komandadan da kənarlaşdırıldığı haqda xəbər də yayılıb... 
- Yalan xəbərdir. Kamranın adından əvəzedici komandaya göndərildiyini yazıblar. Bu müsahibədən sonra isə əsas komanda ilə məşqə çıxıb. Məşqi 1000-dən çox azarkeş izləyir. Onlar da bunun şahidi olublar.

- Əgər belədirsə, bu yalan məlumat necə yaranıb?
- Dezinformasiya yaymaqda çoxları maraqlıdır. Rəqiblərimiz istəyir ki, Kamran oynamasın. Mətbuat isə onun adı ətrafında xəbərlər yazmaq istəyir. Hər halda, Ağayev elə-belə futbolçulardan deyil.

- Kamran qışda transferə çıxarılacağını da bildirib... 
- Bizim onunla müqaviləmiz var. Kamran “Xəzər Lənkəran”ın futbolçusudur. Bizim klubda isə kimin transferə çıxarılmasına klub prezidenti qərar verir.

- Ağayev baş məşqçi ilə problemi olduğunu iddia edir... 
- Kamranın nə klub, nə məşqçi, nə də rəhbərliklə problemi var. 

- Deməli, Ağayevlə Rednik arasında problemin olması da yalandır? 
- Bu məsələ çox şişirdilir. Amma Rednikin onunla problemi olsaydı aylarla, illərlə ehtiyat oyunçular skamyasında saxlayardı. Şükür Allaha ki, Rednik belə məşqçilərdən deyil. O, hər 1 oyunçuya şans verir. Bizim yayda transfer etdiyimiz gənclərin də hər birinə şans verilməsi bunu göstərir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail