Rusiya çempionu bəlli oldu

21.05.2016 | 4998 dəfə oxunub

Rusiya çempionatının 2015/2016-cı illər mövsümünə yekun vurulub. Stadium.Az xəbər verir ki, son tura qədər ÇSKA "Rostov"u 2 xal qabaqlayaraq, turnir cədvəlinə başçılıq edirdi.

30-cu turda paytaxt komandası səfərdə "Rubin"in qonağı olub. Alan Dzaqoyevin 19-cu dəqiqədə vurduğu qol ÇSKA-ya 1:0 hesablı qələbə qazandırıb. Beləliklə, xallarının sayını 65-ə çatdıran Moskva klubu çempionatı qızıl medalla başa vurub. 

Paralel keçən oyunda "Rostov" səfərdə "Terek"i Noboa və Yeryoxinin qolları ilə 2:0 hesabı ilə məğlub edib. "Rostov" mövsümü 2-ci yerdə tamamlayaraq, Rusiyanı Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. Bürünc medalların sahibi "Zenit" komandası olub. 

Sovet futbolunun ən köklü klublarından olan Moskva "Dinamo"su isə son turda öz meydanında "Zenit"ə 0:3 hesabıyla uduzaraq, tarixində ilk dəfə premyer liqanı tərk edib. Gələn il birinci dəstədə çıxış edəcək digər komanda "Mordoviya olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail