Hacı Əliyev: "Onların öhdəsindən gələ biləcəyəm"

28.05.2016 | 3393 dəfə oxunub

"Artıq 2 həftədir təlim-məşq toplanışındayıq. Məşqlərimiz hər cəhətdən yaxşıdır. Problemsiz hazırlaşırıq. Olimpiadaya az qalıb. İnanıram ki, Braziliyada yaxşı nəticə göstərə biləcəyik".

Goal.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək sərbəst güləşçi Hacı Əliyev deyib.

Olimpiadada ilk dəfə çıxış edəcək və digər yarışlardan fərqli olaraq, 57 kq çəki dərəcəsində mübarizə aparacaq H.Əliyev yeni çəkinin onun üçün problem olmayacağını bildirib: "Qeyri-olimpiya yarışlarında 61 kq-da çıxış edirdim. 57 kq mənim üçün yeni olacaq. Ancaq bu çəkidə çıxış etmək mənim üçün çətin olmayacaq".

Rəqiblərinin hamısını tanıdığını deyən 25 yaşlı pəhləvan daha çox Rusiya, İran və Gürcüstan təmsilçilərini qeyd edib: "Onlar digərlərinə nisbətən daha güclüdür. İran və Rusiya idmançıları ilə görüşməmişəm, ancaq mənə elə gəlir ki, onların öhdəsindən gələ biləcəyəm. Əlimdən gələni edəcəyəm ki, qələbə qazanım. İlk dəfə olimpiadada çıxış edəcəyəm. Düşünürəm ki, debütdə qızıl medal olsa, yaxşı nəticə olar. Söz vermişəm və əlimdən gələni edəcəyəm. Dayanmadan əziyyət çəkirik. Hər məşq mənə olimpiada kimi görünür. Mən də əlimdən gələni edirəm ki, zədəsiz, problemsiz gedib orada yaxşı iştirak edim".

Qeyd edək ki, Hacı Əliyev son 2 dünya çempionatında və 2014-cü il Avropa çempionatında qızıl medal qazanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail