Almaniya millisinin AVRO-2016 üçün yekun heyəti açıqlanıb

31.05.2016 | 3434 dəfə oxunub

Almaniya yığmasının 2016-cı il Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Stadium.Az xəbər verir ki, baş məşqçi Yoahim Löv Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Ruesi zədəli olması səbəbiylə 23 nəfərlik heyətə daxil etməyib.

Eyni zamanda, Fransaya adı ilkin siyahıda olan "Hoffenhaym"ın müdafiəçisi Sebastyan Rudi, "Bayer"in yarımmüdafiəçiləri Yulian Brandt və Kərim Bellarabi də aparılmayacaq.

Əvəzində heyətdə Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarında çıxış edən futbolçular yer alıb. Ümumilikdə heyətdə 10 legioer var.

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Bernd Leno ("Bayer"), Mark-Andre ter-Ştegen ("Barselona", İspaniya).

Müdafiəçilər: Jerom Boatenq ("Bavariya"), Emre Can ("Liverpul", İngiltərə), Yonas Hektor ("Köln"), Benedikt Hövedes ("Şalke-04"), Mats Hummels ("Bavariya"), Şkodran Mustafi ("Valensiya", İspaniya), Antonio Rüdiger ("Roma", İtaliya).

Yarımmüdafiəçilər: Yulian Draksler ("Volfsburq"), Sami Xedira ("Yuventus", İtaliya), Coşua Kimmix ("Bavariya"), Toni Kroos ("Real Madrid", İspaniya), Tomas Müller ("Bavariya"), Mesut Özil ("Arsenal", İngiltərə), Bastian Şvaynştayger ("Mançester Yunayted", İngiltərə), Yulian Vayql ("Borussiya" Dortmund).

Hücumçular: Mario Qomes ("Beşiktaş", Türkiyə), Mario Götse ("Bavariya"), Leroy Sane ("Şalke-04"), Lukas Podolski ("Qalatasaray", Türkiyə), Andre Şürrle ("Volfsburq").

Almaniya millisi "AVRO-2016"da Ukrayna, Polşa və Şimali İrlandiya ilə birgə C qrupunda yer alıb. Bundestim son dünya çempionatının qalibidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail