Rioya daha bir vəsiqə

01.06.2016 | 2705 dəfə oxunub

Olimpiada lisenziya xalları qazandıran cüdo yarışları başa çatıb. Stadium.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların adlarını açıqlayıb. Gözlənildiyi kimi, Rio-2016-da ölkəmizi 6 cüdoçu təmsil edəcək.

Bunlardan dördünün kimliyi məlumdur. Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) Olimpiadada iştirak edəcək.

Ancaq hələ 60 və 100 kq-da seçim edilməyib. 60 kq-da Orxan Səfərov və ya İlqar Müşkiyev, 100 kq-da isə Elmar Qasımov, ya da Elxan Məmmədov Olimpiya Oyunlarında yarışacaq. Böyük ehtimalla, məşqçilər korpusu ən yüngül çəkidə Səfərova üstünlük verəcək. Ancaq 100 kq-da seçimin kimin lehinə olacağını söyləmək çətindir. Yeganə dünya çempionumuz Məmmədov mayın ortalarında Qazaxıstanda keçirilən "Qran-pri"nin, Qasımov isə Meksikada yenicə başa çatmış "World Masters" turnirinin qalibi olub. Düzdür, Bakı-2015-də bayraqdarımız olmuş Elmar reytinqdə öndədir. Amma məşqçilər Elxanın təcrübəsi və onun üçün sonuncu Olimpiada olacağını da nəzərə alıb, Məmmədovun xeyrinə seçim edə bilər.

Lisenziyalarımızın sayı 53-ə çatıb. Bu, London Olimpiadasındakı rekordumuzun təkrarıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail