Əfsanəvi Məhəmməd Əli dünyasını dəyşdi

04.06.2016 | 4365 dəfə oxunub

ABŞ-lı əfsanəvi boksçu köhnə ağır çəki dünya çempionu Məhəmməd Əlinin müalicə gördüyü xəstəxanada öldüyü açıqlanıb.

Stadium.Az xəbər verir ki, uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən və tənəffüs yollarında problemləri olan Məhəmməd Əlinin müalicə gördüyü xəstəxanada həyatını itirib.

“NBC News” kanalına danışan ailə sözçüsü Bob Gunnell, əfsanəvi boksçunun öldüyünü təsdiqləyib. Həyatı boyunca bir çox əhəmiyyətli matça çıxan, idman həyatıyla yanaşı  müsəlmanlara və ABŞ-dakı zəncilərə dəstəyini əsirgəməyən Məhəmməd Əli, 2014-ci ildən bu yana sağlamlıq problemləri səbəbiylə zaman zaman xəstəxanada müalicə görürdü. 2014-cü ilin dekabrında  2015-ci ilin yanvarında xəstəxanaya yerləşdirilən Məhəmməd Əlinin, keçən ilki xəstəliyinin sidik yolları infeksiyası olduğu bildirilmişdi. Məşhur boksçu, son olaraq 8 apreldə Arizonanın Feniks şəhərindəki “Celebrity Fight Night” ehtiyaclılara yardım aksiyasına  qatılmışdı. Boks karyerasını sonlandırmasından sonra Parkinson xəstəliyinə tutulan və əsl adı Kassius Markellus Klay Jr olan əfsanəvi boksçu, 1964-cü ildə İslam dinini qəbul edərək  Məhəmməd Əli adını almışdı. 1964, 1974, 1978 illərində olmaq üzrə dünya ağır çəki dərəcəsində boks çempionluğunu 3 dəfə qazanan Məhəmməd Əli, bu ünvanı rəqibləri qarşısında 19 dəfə qorumağı bacardı. Karyerası boyunca çıxdığı 61 matçın 56-sından qələbəylə ayrılan Əli, peşəkar  boksa keçməmişdən əvvəl 1960-cı ildə Roma Olimpiadalarında yüngül ağır çəki kateqoriyasında qızıl medal qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail