Roman Qriqorçuk: "Sizə konkret heç nə deyə bilmərəm" - MÜSAHİBƏ

11.06.2016 | 3892 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsini təqdim edirik:

- Qışda "Qəbələ"ni köməkçilərinizdən Andrey Qluşenko tərk etmişdi, indi də Mixail Savka ilə Stepan Matveyev. Yəni Qəbələ bu qədər pisdir?

- Buna anlayışla yanaşıram. Onların ailələri yanında olmadan burada yaşamağın necə çətin olduğunu görürdüm. Fikrimcə, özləri üçün düzgün qərar qəbul etdilər.

- Onların yerinə Ramin Quliyevi gətirəcəksiniz?

- Bəli. Bizdə həm də Sənan Qurbanov var. Köməkçisiz qalmayacağam. Bu gündən artıq yeni mövsümün hazırlığına başlayırıq.

- Vitse-prezident Fariz Nəcəfov üç legionerlə danışıq apardığınızı deyib...

- Bircə onu bilirəm ki, bu yöndə iş aparılır. Amma sizə konkret heç nə deyə bilmərəm. Amma güclənəcəyimiz dəqiqdir.

- "Qəbələ" daha güclü olacaq?

- Buna ümid edirik. Elə etmək istəyirik ki, hər gün daha güclü komandaya çevrilək.

- Meydanda böyük iş görən Aleksey Qaysız sizə çətin olmayacaq?

- (gülür) Onun haqda çox danışmışam. Ciddi fiqurdur. Ona gördüyü işə və peşəkarlığına görə təşəkkürümü bildirirəm. Amma bundan sonra onsuz irəliləməliyik. Önümüzə baxmalıyıq.

- Büdcənin azalması sizə çətinlik yaratmayacaq?

- Bu, mənim işim deyil. Bununla rəhbərlik məşğul olur. Şəxsən mən heç nədən qorxmuram. Mənim üçün pul ikinci dərəcəli məsələdir. Əsas futbolun özüdür.

- Vəziyyət o dərəcədə pisdir ki, Tiflisdə təlim-məşq toplanışında olacaqsınız?

- Ukrayna "Çernomorets"i ilə Avropa Liqasında tarix yazanda biz bütün hazırlığımızı Odessada həyata keçirmişdik.

- Avropa Liqasındakı potensial rəqiblərinizin siyahısına baxmısınız?

- Baxmışam. Variantlar həddən artıq çoxdur. Ona görə də buna çox enerji sərf etməyə dəyməz. Püşkatmaya sakit baxıram. Rəqibimizi tanıyandan sonra həmin oyunlara hazırlaşacağıq.

- Növbəti mövsüm Premyer Liqa 8 klubla keçirilə bilər. Bu, sizi narahat etmir?

- Mənim üçün ideal turnir 16 komandadan ibarət çempionatdır. Amma mən Azərbaycan Premyer Liqasının belə keçirilməsini tələb edə bilmərəm. 8 komandalı turnir də maraqlı ola bilər. Maraqlı mövsüm izləmək olar.

- Avropa çempionatını izləyəcəksiniz?

- Bütün oyunları diqqətlə izləyəcəyimi deməzdim. Amma bəzi oyunlara baxmağı planlaşdırıram. Ola bilər ki, özüm üçün yeni nəsə kəşf etdim. Məhz bu üzdən AÇ maraqlıdır. Lakin qarşıda "Qəbələ"nin təlim-məşq toplanışı var və bu, mənim üçün daha vacibdir. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail