"Şişxanov Kərimə Moldovaya gəlməməklə hədə-qorxu gəldi"

02.07.2016 | 3496 dəfə oxunub

"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri ilk oyunu şərh edib, eləcə də bu rəqibi keçmək şanslarından danışıb. Stadium.Az xəbər verir ki, o, bunları söyləyib:

"İlk oyun bizim üçün yaxşı alındı. Meydan sahibi olduğumuzu göstərməyə çalışdıq. İlk hissə bizim diqtəmiz altında keçdi. Çoxsaylı qol epizodlarımız da bunu sübut edir. Amma ikinci hissənin 15 dəqiqəsindən sonra üstünlük rəqibə keçdi. Son 10 dəqiqədə isə yenidən biz aktiv olduq. Hətta iki yaxşı qol vəziyyətimiz də oldu. Təəssüf ki, qol vura bilmədik. Bütövlükdə, yaxşı oynadıq.

Cavab oyunu daha çətin olacaq. Amma biz diqqətli oynayıb, mərhələ adlamağa çalışacağıq. Allah eləsin ki, istəyimizə çataq.

İlk oyunda Kərim Diniyevlə rəqib klubun prezidenti Adlan Şişxanov arasındakı insidentə gəlincə, epizodu bir qədər gec gördüm. Amma mübahisə etdiklərinin şahidi oldum. Şişxanov Kərimə Moldovaya gəlməməklə hədə-qorxu gəldi. Amma inanmıram ki, Moldovada hansısa təxribat və ya xoşagəlməz hadisə ilə üzləşək. Ola bilsin ki, o, emosiyalarına qapılaraq elə deyib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail