Monqolustan Qran-prisində ikinci gün də medalla tamamlandı

02.07.2016 | 3821 dəfə oxunub

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışında ikinci günə yekun vurulub.

Stadium.Az xəbər verir ki, , Azərbaycan millisinin 3 idmançısı mübarizəyə qoşulub. Onlardan yalnız Fəqan Quluzadə yarışı mükafatla başa vurub.

73 kq çəkidə ilk mərhələdən azad olan cüdiçularımızdan Telman Vəliyev 1/4 finalda rusiyalı Leo Foqelə uduzubsa, Fəqan Quluzadə çinli Yandelhey Ba üzərində qələbə qazanıb.

Vəliyev təsəlliverici görüşdə Qazaxıstan təmsilçisi Nurlan Orzalindən üstün olub və bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib. Monqolustanlı Batqerel Batsetseqə uduzan Quluzadə də 3-cü yer uğrunda mübarizə aparmalı olub. İki təmsilçimizin bir-biri ilə qarşılaşmasında Quluzadə daha güclü olub.

81 kq çəkidə Afiq Səfərli 1/4 finalda monqolustanlı Altansux Batmunxdan güclü olub. Yarımfinalda çexiyalı Yaromir Musil, 3-cü yer uğrunda görüşdə cənubi koreyalı Von Yun Yunqa uduzan təmsilçimiz yarışı mükafatsız başa vurub.

Yarışın ilk günündə Davud Məmmədov 60 kq çəki dərəcəsində bürünc medal qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail