"Mançester Siti" Xosep Quardiolanı təqdim etdi

04.07.2016 | 3437 dəfə oxunub

Ötən gün İngiltərənin "Mançester Siti" klubu baş məşqçi postuna təyin olunmuş Xosep Quardyolaya həsr olunmuş təntənəli təqdimat mərasimi keçirib.

Stadium.Az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı postunda Quardiola çilili mütəxəssis Manuel Pelleqrinini əvəzləyib. Pep yeni klubundakı işiylə bağlı ilkin təəsüratlarını da bölüşüb:


"Söz verirəm ki, Premyer Liqada və Avropada qələbələrə aparan yolda oyunçuları bağrıma basacağam, eyni zamanda onlara günlərini göstərəcəyəm. Komandanın oyunçularını yaxşı tanıyıram, çünki əvvəllər onlarla qarşılaşmışam. Onların imkanlarına bələdəm. Amma oyunçular bu imkanları mənə və azarkeşləçrə göstərməlidir. Ötənlər keçmişdə qaldı. Hər şeyə yenidən başlamaq lazımdır. Taktikam futbolçuların inkişafındadır. İnsanlar "Ettehad" arenasına məşqçinin nə qədər yaxşı olduğuna baxmağa gəlmirlər. İnsanlar oyunçulara baxmağa gəlirlər. Premyer Liqada Mourinyo, Klopp, Konte, Poçettino, Kuman var. Hamımız burada yalnız yardım etmək üçün çalışırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail