Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə müraciət etdi

05.07.2016 | 3444 dəfə oxunub

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.

AAAF-dan Stadium.Az saytına verilən məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan Ağır Atletika Federasiyası beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.

Azərbaycanda idmana böyük diqqət göstərilir və bunun da əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra Azərbaycanda olimpiya hərəkatı geniş vüsət alıb.

Bu gün Azərbaycanda idmanın bir çox növü inkişaf edir və sevindirici haldır ki, ağır atletika bu sırada xüsusi yer tutur. Ağır atletika tarixən ölkəmizdə geniş yayılmış idman növlərindən biri olub. Azərbaycan Ağır Atletika Federasiyası geniş maddi-texniki bazası olan qabaqcıl idman infrastrukturu yaradıb. Ağır Atletika Akademiyası uğurla fəaliyyət göstərir.

Bütün bunlar ona gətirib çıxarıb ki, Azərbaycan ağırlıqqaldıranları son illərdə beynəlxalq arenada özlərini yaxşı tanıdıblar.

Müsbət nəticəli dopinq testlərlə bağlı dünyada baş verən son hadisələr Azərbaycan atletlərindən də yan keçməyib. Buna görə də Beynəlxalq Ağır Atletika Federasiyasının idmançıların diskvalifikasiyası haqqında qərarı suallar doğurur ki, Azərbaycan Ağır Atletika Federasiyası da bu suallara cavab almağa ümid edir.

Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir. Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasının beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına əsas verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail