Maşallah Əhmədovun cəza müddəti uzadıldı

05.07.2016 | 4508 dəfə oxunub

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Stadium.Az "Trend"ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə M.Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddəti iki ay artırılıb:

"Maşallah Əhmədov zərərçəkmişə dəymiş ziyanı ödəyib. Lakin bəzi məqamlar var ki, həmin məqamlar digər şəxsin aldadılması kimi qeydə alınıb. Əslində buna "aldatmaq" demək düzgün deyil. İstintaq iyulun 8-də yekunlaşırdı. Prokurorluğun təqdimatı əsasında növbəti məhkəmə prosesi keçirildi və istintaq müddəti daha iki ay uzadıldı. Yəqin ki, bu yaxınlarda istintaq yekunlaşacaq və müəyyən qərar elan ediləcək".

Xatırladaq ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi. Bir müddətdən sonra barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəz edildi.

İttihama görə, M.Əhmədov Bakıda bir neçə nəfərdən 150 min manat alaraq qaytarmayıb.

M.Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail