"Tottenhem"in ən çox qazanan futbolçusu olur

06.07.2016 | 3421 dəfə oxunub

Ötən mövsüm İngiltərə Premyer Liqasında vurdğu 25 qolla “Tottenhem”in uğurlu çıxışında böyük pay sahibi olan Harri Keyn klubuyla yeni müqavilə imzalayacaq.

Stadium.Az xəbər verir ki, son illərdə ingilis yetişdirdiyi ən istedadlı hücumçu olan Harri Avro-2016-da uğursuzluğa düçar olmasına baxmayaraq, “Tottenhem”də böyük müqavilə bağlayacaq. O, klubun ən çox qazanan futbolçusu olacaq.

Premyer Liqanın bombardiri oyunçusunu Avropanın nəhəng klublarına vermək istəməyən “Tottenhem”, fevralda sözləşməsini uzatdığı hücumçuya yeni müqavilə təklif edib. Yüni müqavilədə isə Keynə həftəlik 100 min sterlinq təklif edilir. Bununla da Harri “Tottenhem”də ən çox qazanan futbolçusu olacaq. Klubun ös yetirməsi olan Keyn müxtəlif illərdə “Leyton Orient”, “Milyoll”, “Norvic” və “Lester”də icarə əsasında çıxış edib.

“Tottenhem”ə  döndüyü son üç mövsümdə isə 89 matçda meydana çıxıb və 49 qol vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail