“Neftçi”nin 37 yaşlı rəqibi

08.07.2016 | 4128 dəfə oxunub

Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan "Neftçi"nin rəqibi Makedoniya təmsilçisidi. Stadium.Az xəbər verir ki, bakılılar “Şkendiya” ilə üz-üzə gələcək.  

Birinci təsnifat mərhələsində Polşanın “Krakoviya” klubunu mübarizədən kənarlaşdıran (evdə 2:0, səfərdə 2:1) “Şkendiya” Tetovo şəhərini təmsil edir. Klubun əsası 1979-cı ildə Tetovoda yaşayan albanlar tərəfindən qoyulub. Məqsəd isə Yuqoslaviyada yaşayan albanların azarkeşlik etməsi üçün bir kluba ehtiyac duyulması olub. Klubun sahibi Lazim Destani, prezidenti isə Abdulmenaf Bedjetdi.

Komandanın baş məşqçisi Bruno Akrapoviçdi. Son mövsümdə “Şkedniya”ya ölkə çempionatının gümüş medallarını qazandıran bosniyalı 2015-ci ilin dekabrından bu postdadı. Yeri gəlmişkən,  2012/2013-cü il mövsümündə komandaya “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri rəhbərlik edib.

Tetovo təmsilçisi onun dönəmində yarışı 5-ci pillədə tamamlayıb. “Şkendiya” yalnız bir dəfə - 2010/2011-ci il mövsümündə ölkə çempionu olub.  Qeyd edək ki, “Neftçi” və “Şkendiya” arasında ilk oyun 14 iyulda Bakıda, cavab matçı isə iyulun 21-də Makedoniyada keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail