“Qəbələ” 10 qat çempiona qarşı

08.07.2016 | 3298 dəfə oxunub

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Stadium.Az xəbər verir ki, Gürcüstanın “Samtredia” klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran (5:1, 1:2) “qırmızı-qaralar”ın növbəti rəqibi Macarıstanın MKT klubu olub.

Budapeşti təmsil edən komanda bunu Qazaxıstanın “Aktobe” klubu ilə matçlardan sonra rəsmiləşdirib.

Ötən həftə səfərdə keçirdiyi ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan macarıstanlılar ev oyununda vurulan 2 cavabsız qolla mərhələ adlayıb. Meydan sahiblərinin qollarını Darko Nikaç və Bornobaş Beşe vurublar. İlk oyunda isə macarıstanlılar Şandor Torqellenin qoluna sevinmişdi. Yeri gəlmişkən, Vasilis Teodorunun baş məşqçisi olduğu MTK cari mövsümdə avrokubok matçlarını Dyer şəhərinin “Dyirmot” klubunun eyniadlı stadionunda keçirir. Buna səbəb komandanın doğma “Nandor Xedeqkuti” stadionunun təmirə bağlanmasıdır. Bu arena həm klubun, həm macar futbolunun əfsanələrindən biri olan Xedeqkutinin adını daşıyır.

Ümumilikdə isə MTK zəngin avrokubok təcrübəsinə malikdir. 1955/1956 mövsümünə təsadüf edən ilk qitə miqyaslı klub turnirində də iştirak edən budapeştlilər həmin vaxt “Anderlext”lə duellərdə uğurla debüt edib (6:3, 4:1), Çempionlar Kubokunun 1/4 finalında “Reyms”ə uduzmuşdu – 2:4, 4:4.

Özünün yubiley – 20-ci avrokubok mövsümünə başlayan komandanın ən böyük uğuru 52 il əvvələ təsadüf edib. 1963/1964 mövsümündə Kuboklar Kubokunun finalına yüksələn MTK həlledici dueldə “Sportinq”ə təkrar oyunda uduzub – 3:3, 0:1. 1976/1977 mövsümündə də eyni turnirin 1/4 finalınadək irəliləyən Budapeşt təmsilçisi digər cəhdlərində bir neçə mərhələdən çox keçə bilməyib. “Aktobe” ilə bu ilki matçlaradək sonuncu dəfə 2003/2004 mövsümündə mərhələ adlayan MTK 2007/2008, 2008/2009, 2012/2013 və 2015/2016 mövsümlərində avrokuboklara qatılsa da, elə ilk rəqibinə uduzub. İndiyədək qitə miqyaslı turnirlərdə 81 matçda 31 qələbə qazanan MTK 16 heç-heçə edib və 34 dəfə uduzub.

Klubun tarixinə nəzər salsaq, MTK 1888-ci ildə yaradılıb. 128 il əvvəl yalnız qılıncoynatma və gimnastika növlərinə üstünlük verən klub 1901-ci ildə futbol bölməsi də açıb. Növbəti il aşağı dəstədə çıxış edib yüksək liqaya vəsiqə qazanan klub əvvəl 3-cü, 1904-cü ildə 1-ci yeri tutub. Bu, 23 qat Macarıstan çempionunun ilk zəfəri olub. Bu göstəricidə yalnız “Ferensvaroş”dan (29 dəfə) geri qalan komanda 1914-1925-ci illərdə ardıcıl 10 dəfə hamıdan güclü olmağı da bacarıb. Sonuncu belə uğur isə 2007/2008 mövsümünə təsadüf edib.

MTK 20 dəfə gümüş medallara yiyələnməyi bacarıb. 15 dəfə ölkə kubokunun finalına yüksələn komanda 12 dəfə yarışın qalibi adını qazanıb. Bu göstəricidə də rəqibimiz yalnız “Ferensvaroş”a (22 dəfə) həsəd apara bilər. 1901-ci ildən keçirilən Macarıstan çempionatının yüksək liqasında 106 mövsüm keçirən komanda burada debüt etdiyi 1903-cü ildən sonra yalnız 3 dəfə aşağı dəstəyə düşüb. Həm 1981/1982, həm 1994/1995, həm də 2011/2012 mövsümündə budapeştlilər elə ilk cəhddən geri qayıdıblar. Sonuncu dəfə aşağı liqada oynadığı vaxt kubokun finalınadək irəliləməsi paytaxt klubuna UEFA Avropa Liqasına qatılmaq hüququ da verib. Ötən mövsüm kubokda mübarizəni 1/4 finalda dayandıran MTK UEFA Avropa Liqasına vəsiqəni çempionatın 4-cüsü kimi qazanıb. Onları bürünc medaldan cəmi 2 xal ayırıb.

“Qəbələ” və MTK arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab oyunu ayın 21-də Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail