"Zidanın anasına yox, bacısına söymüşəm"

09.07.2016 | 3527 dəfə oxunub

İtaliya millisinin qalmaqallı sabiq müdafiəçisi Marko Materatsi Zinəddin Zidan ilə 2006-cı ildəki Dünya çempionatının final matçındakı konfliktindən danışıb.

Stadium.az xəbər verir ki,  42 yaşlı sabiq müdafiəçi həmin epizoda görə çox məyus olduğunu etiraf edib.

“Mən axmaqlıq etmişəm. Amma sərt tənqid olunmağa layiq deyiləm. Neapolda, Milanda, Romada və yaxud Parisin küçələrində daha sərt söyüşlər eşitmək olar. Mən onun anasına söyməmişəm. Mənim 15 yaşım olanda anam ölüb.

Mən heç vaxt başqasının anasına söz demərəm. Mən onun bacısına söymüşəm. Hazırda artıq bunun fərqi yoxdur. Mən heç kimə kin saxlamıram”.

2006-cı ildəki Dünya çempionatında İtaliya ilə Fransa qarşılaşmışdı. Qarşıdurma 1:1 hesabı ilə bitib. Penalti seriyasında italyanlar 5:3 hesablı qələbə qazanıb. Həmin matçda Zidan Materatsiyə kəllə zərbəsi vurmuşdu.

Oyunun baş hakimi əslən əlcəzairli olan əfsanəvi futbolçunu bu hərəkətinə görə meydandan qovmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail