Quardiola İtaliya millisinin üzvünü komandasına istəyir

09.07.2016 | 2812 dəfə oxunub

Pep Quardiolanın "Mançester Siti"də görmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Stadium.Az xəbər verir ki, ispan mütəxəssis Leonardo Bonuççinin transferini istəyib.

"Mançester Siti" bu futbolçu üçün "Yuventus"a 60 milyon avro təklif edir. Bonuççinin özünə isə illik 8 milyon avrodan 5 ili əhatə edən müqavilə təklif edilir.

Beləliklə, bu transfer baş tutsa, "Mançester Siti" 29 yaşlı italyan mərkəz müdafiəçisi üçün 100 milyon avro xərcləmiş olacaq.

Leonardo Bonuççi 2010-cu ildə "Bari"dən "Yuventus"a 15,5 milyon avroya keçib. 2019-cu ilin yayına qədər Turin klubuna məxsus Bonuççinin illik məvacibi 3,5 milyon avrodur. 

"Transfermarkt" hazırda ona 30 milyon avro qiymət qoyub. İtaliya millisinin üzvü ötən mövsüm 49 rəsmi oyuna 3 qol vurub.

Bu mövsümdən "Mançester Siti" sükanı arxasına keçən Xose Qvardiola 2013-cü ildə “Bavariya"nın baş məşqçisi olub. İspaniyalı komanda ilə 2 dəfə Almaniya çempionu, Almaniya kuboku, UEFA-nın super kuboku və klublar arası Dünya çempionu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail