Renato Sançesin yaş məsəlsivhəll edildi

10.07.2016 | 3545 dəfə oxunub

Portuqaliya millisinin üzvü Renato Sançes Avropa Kubokunu qazanmış ən gənc futbolçu ola bilər. Stadium.Az "Mundo Deportivo"ya istinadən bildirir ki, günlərdir Renatonun yaşı futbol ictimaiyyətində müzakirə mövzusu olub. 

Müzakirəni xeyli öncə oyunçunun məxsus olduğu "Benfika"nın əzəli rəqibi "Spotinq" klubunun rəhbərliyi başladıb. Bu günlərdə isə onu fransız məşqçi Qay Ru daha da "alovlandırıb": "Güman edirəm ki, Sançesin yaşı azaldılıb, fikirləşirəm ki, ya 23, ya 24 yaşı var". 

Portuqaliyanın gündəlik "Diario de Notisias" (Gündəlik xəbərlər) qəzeti isə bu gün müzakirələrə son qoymaq qərarına gəlib. Qəzet futbolçunun doğulduğu Amadora Sintra Maria xəstəxanasının qeydiyyatını dərc edib. Qeydiyyatda göstərilir ki, Portuqaliya millisinin oyunçusu 1997-ci il avqustun 18-də, saat 15:25, 2,56 kq çəkidə doğulub və deməli, hazırda 18 yaş 326 günü tamam olub. Renatoya atasının adının verildiyi  də qeydiyyatda yer alıb. 

Portuqaliya mətbuatı güman edir ki, Sançes Runu məhkəməyə verə bilər. Çünki Uelsə qalib gəldikdən sonra UEFA-nın rəsmi saytı da "Bavariya"nın yeni oyunçusu Sançesin Avrokubokda yarımfinalda oynamış ən gənc futbolçu olduğunu yazıb.  

Üstəlik, Sançes yeni nailiyyət də əldə edə bilər. Əgər sabah ev sahibi Fransaya finalda qalib gələrlərsə, Renato Avropa Kubokunu qazanmış ən gənc futbolçu ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail